Ələt qəsəbəsində Dəniz Limanı tikiləcək PLAN

Ələt qəsəbəsində Dəniz Limanı tikiləcək PLAN

Bu gün Dövlət Şəhərsalma və Arxitektura Komitəsində "Böyük Bakı" Regional sxemin vəziyyəti ilə bağlı mətbuat konfransı keçirilib. SİA-nın xəbərinə görə, sxemlə bağlı məlumat verən komitə sədri Abbas Ələsgərov söyləyib ki, konfransı keçirməkdə məqsəd ictimaiyyəti planın sxemi ilə bağlı məlumatlandırmaqdır.

Onun sözlərinə görə, plan üzərində işlər davam etməkdədir: "Sxemlə bağlı 2010-cu ildə MDB ölkələrinin tikinti rəhbərləri, 2012-ci ildə Dünya Bankı ilə birgə müzakirələr aparılıb. Bakı ilə bağlı ilk plan 1888-1990-cu ildə hazırlanıb. Sonrakı planlar 1915-1917, 1924-1927, 1931-1937- ci illəri əhatə edir. Son plan isə 1986-cı ildə "Bakı Dövlətlayihə" İnstitutu tərəfindən hazırlanıb. Hər dövrdə Bakının görünüşü və burada yaşayan əhalinin sayı müxtəlif olub. Belə ki, 1822-ci ildə Bakıda 1500 əhali var idisə, bu gün Bakıda əhalini bir neçə milyondur".

Bakı ərazisində neft mədən ərazilərinin çoxluq təşkil etdiyini deyən komitə sədri vurğulayıb ki, plana görə həmin ərazilər təmizlənərək yaşıllıqla əvəz olunacaq: "Plana əsasən Dübəndi, Pirallahı adaları turizm sahəsinə çevrilməsi nəzərdə tutulur. Ölkə başçısının tapşırığına əsasən mərkəzdə olan müəssisələr şəhərdən kənara köçürülməlidir. Belə olan təqdirdə kənarda yerləşən ərazilərdə yeni iş yerləri açılacaq və həmin ərazilərdə yaşayanlar işlə təmin olunacaqlar. Plana görə Qaradağ rayonunun Ələt qəsəbəsində Dəniz Limanı tikilməsi nəzərdə tutulur. "Böyük Bakı" Regional Planına Sumqayıt, Xırdalan, Abşeron, Qaradağ daxildir. Plana əsasən bu ərazilərdə mühüm dəyişiklər olacaq".

Tədbirin sonunda komitə sədri jurnalistlərin suallarını cavablandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə