Nizami Cəfərov: "Uşaqlara Atatürk adının qoyulmasında heç bir problem yoxdur" Münasibət
"Tarixi şəxsiyyətlərin adlarının uşaqlara qoyulması məsələsində hər zaman mübahisələr yaranır. Lakin bu məsələdə heç bir prinsip yoxdur ki, böyük tarixi şəxsiyyətlərin adı heç kimin uşağına verilməsin. Ümumiyyətlə heç bir ölkədə belə bir prinsip yoxdur. Sadəcə müəyyən milli-mənəvi sistemlər var". Bunu SİA-ya açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Atatürk mərkəzinin rəhbəri Nizami Cəfərov tarixi şəxsiyyətlərin adlarının uşaqlara qoyulması məsələsinə münasibət bildirərkən deyib.
Komitə sədri bildirib ki, dünyanın bir çox ölkələrində çalışırlar ki, Hitler ad kimi heç bir uşağa verilməsin, çünki Hitler soyaddır: "Yaxud da bir müddət əvvəl olduğu kimi, indi də Atilla adının verilməsində müəyyən mübahisələr yaranır. Bunun səbəbi isə onun yazmış olduğu əsərlər Avropada aqressiv qarşılanmasıdır. Hətta tədqiqatlar var ki, macarlar Atilla adının verilməməsini kütləviləşdiriblər. Bütün bu səbəblərdən də tarixi şəxsiyyətlərin adlarının uşaqlara qoyulması məsələsində hər zaman mürəkkəblik var. Lakin heç kim qəti şəkildə deyə bilməz ki, bu ad olar və ya qəti şəkildə olmaz".
Türkiyə hökumətinin Azərbaycanda uşaqlara Atatürk adının qoyulmasına icazə verməməsi məsələsinə aydınlıq gətirən Nizami Cəfərov vurğulayıb ki, həmin insan tarixdə böyük şəxsiyyət olub: "Bu səbəbdən Atatürk adının yalnız Türkiyə Cümhuriyyətinin qurucusunun adına aid olması məqsədə uyğun olardı. Lakin ümumilikdə götürsək, onun nüfuzu nə Hitler, nə Stalin, nə də Mussolini kimi mübahisəli olmayıb. Ona görə də uşaqlara Atatürk adının qoyulmasında heç bir problem yoxdur. İnsanları düşündürən bir prinsip var ki, türk dövlətinin dahisinin adını uşağa qoyub gələcəkdə mənasız bir insan olacaq. Bu da təbii ki, heç vaxt prinsip ola bilməz. Bilmək olmaz, bəlkə həmin uşaq gələcəkdə tanınmış bir şəxsiyyət olacaq?! Mübahisəli məsələlər də elə buradan qaynaqlanır. Ancaq heç kim konkret şəkildə deyə bilməz ki, bu adı qoymaq olmaz".
Qeyd edək ki, bir müddət əvvəl Azərbaycanda Atatürk adının verilməsinə icazə verilmədi deyilib. 2010-cu ildə 2 nəfərə, 2011-ci ildə isə 1 nəfərə "Atatürk" adı verilsə də, Türkiyə hökuməti müraciət edəndən sonra bu adın verilməsinə icazə verilmir. Bu adın verilməsinə rəsmi şəkildə qadağa qoyulmayıb. Lakin müraciət edən olarsa, onlara icazə verilmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB