Bakı Dövlət Universitetində (BDU) bir qrup tələbəsi aksiya keçirir. SİA-nın məlumatına görə, tələbələr imtahanlarda yaranan akademik borclara 28 manat ödənilməsi tələbinə etiraz edir.
Aksiya zamanı saxlanılanlar var.
Hadisə yerində olan SİA əməkdaşının verdiyi xəbərə görə, BDU-nun rektoru Abel Məhərrəmov sabah saat 12:00-da universitetdə onlarla görüşəcək.
Tələbələrin qarşısına çıxan rektor bildirib ki, sabahkı görüşdə tələbələrin fikirləri dinləniləcək: "İştirak etmək və əlavə məlumat almaq istəyən bütün jurnalistlər də həmin görüşdə iştirak edə bilərlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB