Bakı merinin oğlu haqda yazılanlar cəfəngiyyatdır

Bakı merinin oğlu haqda yazılanlar cəfəngiyyatdır

Son günlər mətbuatda Bakı meri Hacıbala Abutalıbovun oğlu İsrafilin vəhhabi olması və Suriyada gedən döyüşlərdə iştirak etməsi barədə dəqiqləşdirilməmiş məlumatlar yerləşdirilir. SİA-nın əməkdaşı Bakı merinin oğlunun əslində harada olmasını araşdırmaq qərarına gəlib. Tanışları İsrafil Abutalıbovun Bakıda olduğunu söyləyiblər.

Bu iddialara azərbaycanlı sələfilərin lideri, "Əbu Bəkir" məscidinin şeyxi Hacı Qamət Süleymanov da münasibət bildirib. O mətbuata verdiyi açıqlamasında İsrafil Abutalıbovun Suriyaya getməsi xəbərinin həqiqət olduğunu düşünmədiyini deyib. Əlavə edib ki: "Yalan məlumatdır. Məncə o elə insan olmaz".

SİA-nın əməkdaşı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovdan məsələyə münasibət öyrənmək istəyib. Bakı merinə yaxın mənbənin verdiyi məlumata görə, İsrafil Abutalıbov haqqında deyilənlər cəfəngiyyatdan başqa bir şey deyil: "Bunu bəzi qüvvələr bilərəkdən ortaya atıblar ki, Hacıbala müəllimin işgüzar nüfuzuna ziyan dəysin. Təkrar edirik, bu xəbər bəzi narazı, müxalif qüvvələr tərəfindən məqsədli şəkildə ortaya atılıb. Bu "fakt"ın daha çox müxalifət mətbuatında özünə yer tapması da özündə daha çox şübhə doğurur. Əslində müxalifət mətbuatından savayı bu xəbəri yayan heç bir mənbə də yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə