Sabah ölkədə 17 dərəcə isti olacaq

Sabah ölkədə 17 dərəcə isti olacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Qərb, şimal-qərb küləyi əsəcək, axşam arabir güclənəcək. Bunu SİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova deyib.

Onun sözlərinə görə, sabah Azərbaycanda havanın temperaturu nisbətən yüksələcək, temperatur bəzi yerlərdə gündüz saatlarında 17 dərəcə olacaq. Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 4-6, gündüz 14-16 dərəcə isti olacaq.

Fevralın 21-də Azərbaycanın bölgələrində hava əsasən yağmursuz olacaq, gecə və səhər bəzi yerlərdə duman gözlənilir. Lakin axşam bəzi şimal və qərb rayonlarında havanın yağıntılı olacağı ehtimalı var. Qərb küləyi arabir güclənəcək.

Aran rayonlarda gecə 1-6, gündüz 12-17 dərəcə isti olacaq. Dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti proqnozlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə