Qazaxda gənclərin işlə təminatı necədir?

Qazaxda gənclərin işlə təminatı necədir?

Qazax məşğulluq idarəsinə müraciət edən 114 nəfər gəncin 53 nəfəri işlə təmin edilib. Rayonda bəzi ixtisaslar üzrə işin olmaması gənclərin vəziyyətini çıxılmaz edir. Qazax şəhər sakinləri, xüsusilə də gənclər rayonda işsizlik problemindən danışıblar. SİA-nın məlumatına görə, aparılan sorğu zamanı bir neçə gənc rayonda kifayət qədər işin olduğunu, işlə təmin edilmədə heç bir problemin olmadığını deyib.

Əmək və Əhalinin Məşğulluq İdarəsi, Qazax rayon Əmək və Əhalinin Məşğulluq Mərkəzinin direktoru Safurə Vəliyeva isə 2013-cü ildə Qazax məşğulluq idarəsinə müraciət edən 114 nəfər gəncin 53 nəfərinin işlə təmin edildyini bildirib.

Qeyd edək ki, rayonda əsasən tibb işçilərinə və ucqar kəndlərdə müəllimlərə daha böyük ehtiyac var.

Kamran Əskiparalı, Qazax

Bütün xəbərlər Facebook səhifəmizdə