Qaçaqmalçılığın qarşısı alınıb

Qaçaqmalçılığın qarşısı alınıb

14 fevral 2014-cü il tarixdə saat 04:30 radələrində Yardımlı rayonunun Abbasalı kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində 3 nəfərdən ibarət qaçaqmalçı qrupun külli miqdarda qaçaqmalı İran İslam Respublikasından Azərbaycana keçirmək cəhdinin qarşısı alınıb.

SİA-ya verilən məlumata görə, qaçaqmalçılara məxsus 5 yeşikdə 14 min 088 kanvalyut "travamis", "opidol", "tamol-xx" psixotrop dərman preparatları aşkar olunaraq götürülüb.

Faktla bağlı Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsi tərəfindən əməliyyat istintaq tədbirləri davam etdirilir

Bütün xəbərlər Facebook səhifəmizdə