Nazirlərin görüşü başlandı FOTOLAR

Nazirlərin görüşü başlandı FOTOLAR

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov, Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu və Gürcüstan xarici işlər naziri Maya Pançikidze artıq Gəncədədirlər. SİA-nın xəbərinə görə, XİN başçılarının görüşləri saat 11:00-də "VEGO" oteldə baş tutub. Əvvəlcə Azərbaycan və Gürcüstan, sonra Gürcüstan və Türkiyə, daha sonra isə Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin təkbətək görüşləri keçirilib. Daha sonra Gəncə şəhər İcra Hakimiyyətinin iclas zalında geniş formada üç tərəfli görüşün keçirilməsi nəzərdə tutulub. Bundan sonra isə nazirlər birgə mətbuat konfransı keçirəcək.

Qeyd edək ki, 3 ölkənin xarici işlər nazirlərinin Gəncədə Gürcüstan Konsulluğunun açılışında iştirakı da nəzərdə tutulub.

İlham Məmmədov, Gəncə

Bütün xəbərlər Facebook səhifəmizdə