1988-ci ildə Dağlıq Qarabağda erməni separatçıları baş qaldırdığı vaxtdan etibarən Xocavənd rayonunun Qaradağlı kəndinin də faciəli günləri başlandı. Kəndin əhalisi doğma yurdun hər qarışı, hər daşı uğrunda mübarizəyə qalxdı, onlarla kənd sakini ermənilərə qarşı qeyri-bərabər döyüşlərdə şəhid oldu. SİA-nın verdiyi məlumata görə, kecmiş sovet ordusunun köməyi ilə kəndə hücuma kecən erməni daşnakları 78 nəfəri qətlə yetirib, 117 nəfəri əsr götürüb.
Beyləqan rayonu ərazisində müvəqəti məskunlaşan xocəvəndli məcburi köckünlər bu qanlı faciənin anım mərasimini qeyd ediblər.
1992-ci ilin bu günü xalqımız ermənilərin növbəti soyqırımına məruz qalıb. 1992-ci il fevralın 17–dən 18-ə kecən gecə Ermənistan silahlı qüvələri Xocəvəndin Qaradağlı kəndinə dörd istiqamətdə ağır zirehlı texnika ilə hücum ediblər. Kəndi bir neçə gün muhasirədə saxlayan ermənilər, onlarla insanı vəhşicəsinə qətlə yetirdilər.
Hadisə şahidlərinin sözlərinə görə, 15 gün özünümüdafiə taborunun əsgərləri və kəndin qadınından kişisinə, uşağından böyüyünə kimi hamı müqavimət göstərirdi. Elə həmin gün ermənilər xalqımıza qarşı daha bir soyqırıma imza atdılar. 118 nəfər erməni cəlladlarının əlinə sağ keçdi.
Xocavəndlilər hər il olduğu kimi bu ildə Qaradağlı faciəsi qurbanlarının xatirəsini anıblar. 22-ci ildönümə həsr olunan mərasimə Beyləqanla yanaşı, ölkənin müxtəlif rayonlarında məskunlaşan xocavəndlilər də qoşulub. Qaradağlıda şəhid olanların xatirəsinə ucaldılan abidə kompleksi ziyarət edilib. Tədbir daha sonra qəsəbənin mərkəzindəki bayraq meydanında davam etdirilib. Sonda məktəblilər Qaradağlı şəhidlərinin adları yazılan şarları havaya buraxıblar.
Şamxal Cəliloğlu, Qarabağ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB