Azərbaycanda Dövlət Proqramının layihəsi hazırlanıb

... Demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində
Azərbaycanda Dövlət Proqramının layihəsi hazırlanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycanın demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı (2014-2025-ci illər) layihəsinin hazırlanması işlərini yekunlaşdırır. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, Demoqrafik İnkişaf Konsepsiyasına və digər normativ-hüquqi sənədlərə uyğun hazırlanan bu sənəd ölkədə mövcud demoqrafik proseslərin təhlili əsasında bu sahənin gələcək 10 il ərzində inkişaf istiqamətlərini, həyata keçiriləcək zəruri tədbirləri müəyyən edir.

Dövlət Proqramı ölkədə demoqrafiya və əhali sakinliyinin inkişafını 2025-ci ilədək olan dövr üçün stimullaşdırmaqla, Azərbaycanın sosial-iqtisadi inkişafına dair qəbul edilmiş digər dövlət proqramları ilə əlaqəli şəkildə həyata keçiriləcək. Aidiyyəti dövlət qurumlarının rəy və təklifləri əsasında hazırlanan layihənin yaxın vaxtlarda Nazirlər Kabinetinə təqdim olunması nəzərə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə