"2013-cü ildə "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" Azərbaycan Respublikası Qanunun müddəalarının tələblərini pozan dövlət orqanları tərəfindən 390 dövlət qulluqçusu barədə intizam tənbeh tədbirləri görülüb". SİA xəbər verir ki, jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Hüquq sektorunun müdiri Vüqar Əsgərov belə deyib.
Onun sözlərinə görə, onlardan 341 nəfərə töhmət verilib, 16 nəfərin vəzifə maaşı azaldılıb, 13 dövlət qulluğundan azad edilib, 20 nəfər isə digər intizam tənbeh tədbiri tətbiq edilib: "Mərkəzi icra hakimiyyəti orqanları üzrə 314 nəfərə, yerli icra hakimiyyəti orqanları üzrə isə 76 nəfərə intizam tənbeh tədbiri tətbiq edilib. Mərkəzi icra hakimiyyəti orqanlarında qulluq edən dövlət qulluqçularına tətbiq edilmiş intizam tənbeh tədbirləri əsasən, əmr, sərəncam və ya tapşırıqların yerinə yetirilməməsi, qeyri-peşəkarlığın göstərilməsi, qeyri-mədəni davranışa bağlı olub. Yerli icra hakimiyyəti orqanlarında qulluq edən dövlət qulluqçularına tətbiq edilmiş intizam tənbeh tədbirləri əsasən, əmr, sərəncam və ya tapşırıqların yerinə yetirilməməsi, qeyri-peşəkarlıq, qeyri-vicdani davranışla bağlı olub".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB