Allahşükür Paşazadə: "Xarici qüvvələr istəklərinə nail ola bilməyəcəklər"

Allahşükür Paşazadə: "Xarici qüvvələr istəklərinə nail ola bilməyəcəklər"

Bu gün Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib. SİA-nın məlumatına görə, tədbirdə millət vəkilləri, din xadimləri, ziyalılar, xocalılılar və digə ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbirdə ilk çıxış edən QMİ sədri Hacı Allahşükür Paşazadə Xocalıda və Qarabağda şəhid olanlara rəhmət diləyib və şəhidlərin ailələrinə başsağlığı verib. Seyxülislam faciənin tanıdılması ilə bağlı ölkədə görülən işlərdən danışıb: "Faciənin dünyada tanıdılması ilə əlaqədar artıq neçə ildir ki, mühüm işlər görülür və bu işlərin nəticəsidir ki, bu gün bir çox ölkələr faciəni tanıyır və qiymət verir".

A.Paşazadə ölkəmizdə şəhid adına xələl gətirənlərdən də danışıb: "Çox təəssüf ki, ölkəmizdə şəhid adına xələl gətirənlər də var. Şəhid vətənində, öz torpağında şəhid olandır. Xarici ölkələrdə müxtəlif adlar altında muzdla döyüşənlərin arxasında xarici qüvvələr dayanır. Amma onlar öz niyyətlərinə çata bilməyəcəklər".

Tədirdə Şexüllislamın beynəlxalq təşkilatlara müraciəti oxunub.

Konfrans davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə