Müdafiə Nazirliyinin Gəncədə yerləşən "N" saylı hərbi hissəsində ordumuzun əsgəri xidməti yoldaşını güllələyib. SİA-nın məlumatına görə, hərbi hissənin əsgəri, 21 yaşlı Rafael Şükürlünün tabeliyindəki avtomat silahdan təhlükəsizlik qaydalarının pozulması nəticəsində atəş açılıb. Güllə onun əsgər yoldaşı, 20 yaşlı Nəcəfqulu Quliyevə dəyib. Ayağından güllə yarası alan əsgər hospitala yerləşdirilib.
Müdafiə Nazirliyinin mətbuat xidməti SİA-ya faktı təsdiqləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB