OĞLAQLARIN bu həftə yaxın keçmişdə yol verdikləri səhvləri və yanlışlıqları düzəltmək fürsəti olacaqdır. Bəlkə də bəzi qərarlarınızı düşünmədən vermisiniz. Nəyi necə və nə şəkildə etdiyiniz barədə yaxşı-yaxşı düşünməlisiniz. Məsləhətə qulaq assanız, tezliklə işinizdə müsbət nəticələrə nail olacaqsınız.
DOLÇALAR ehtiyatı əldən verməməlidirlər. İşgüzar tərəfdaşlarınızın həqiqi niyyətlərini yaxşı-yaxşı öyrənməlisiniz. Onlara gözübağlı inanmağınız işlərinizə pis təsir göstərə bilər. Maliyyə məsələlərində tədricən yüksəliş gözlənilir. Lakin pullarınızı hələ də ürəyiniz istədiyiniz kimi geninə-boluna xərcləyə bilmirsiniz.
BALIQLAR hadisələri istədikləri məcraya yönəltmək üçün daha fəal olmalıdırlar. Heç kəsin sizin zəif olduğunuzu düşünməsinə imkan verməyin. Yaxınlarınızın məsləhətlərinə qulaq asın. Məsləhətli don gen olar deyiblər. Onda bütün işləriniz yağ kimi gedəcəkdir. Qətiyyətli hərəkətləriniz və maraqlarınıza sadiq qalmağınız tezliklə sizə böyük dividentlər gətirəcəkdir.
QOÇLAR yeni məsələlərin həllinə hazır olmalıdırlar. Təzə ideyalar irəli sürmək üçün səy göstərməlisiniz. İş yerində hər şey qaydasında olacaqdır. Nailiyyətləriniz isə hətta özünüzü təəccübləndirəcəkdir. Gəlirinizin artması sayəsində maddi vəziyyətiniz xeyli düzəldəcəkdir.
BUĞALAR həyatdan nə istədiklərini və yaxın günlərdə nələrə nail olmağa çalışdıqlarını özləri üçün aydınlaşdırmalıdırlar. Vəziyyətin əlində girinc olmağınız münasibətlərinizdə çətinliklər yaradıb, müvəffəqiyyətə aparan yollarınızın qarşısını kəsə bilər. Xərclərinizə nəzarət etsəniz, maliyyə durumunuz sabit qalacaqdır.
ƏKİZLƏR bu həftə bir-birindən maraqlı işgüzar təkliflər alacaqlar. Təkliflərin hamısı maddi baxımdan cəlbedici görünəcəkdir, lakin bu imkanlardan dörd əllə yapışmağa tələsməyin. Acgözlük sizə yaraşmır. Qəti seçim etməmişdən əvvəl kiminlə iş gördüyünüzü öyrənin. Onda düzgün seçim edə bilərsiniz.
XƏRÇƏNGLƏRƏ bütün köhnə problemləri ilə haqq-hesab çürütmək imkanı veriləcəkdir. Vəziyyət gördüyünüz qədər qorxulu deyildir. Ayıdan qorxan meşəyə getməz deyiblər. İndi elə vəziyyət yaranıb ki, bütün "qlobal" problemlərinizi asanlıqla həll edə bilərsiniz. Lakin bunun üçün münaqişəli vəziyyətlərə yol verməməlisiniz. Mübahisələri yerindəcə sülh və əmin-amanlıq şəraitində həll etməlisiniz.
ŞİRLƏRƏ bu həftə yaradıcılıq vüsəti və yaxşı əhval-ruhiyyə vəd olunur. Bu dövrdə ən məxfi planlarınızı həyata keçirəcəksiniz. Lakin vəziyyətdən asılı olaraq bəzilərinə dəyişiklik etməli olacaqsınız. Yalnız tələm-tələsik qərarlar qəbul etməyin, bütün detalları yaxşı-yaxşı incələyin. Ovucunuz qaşınmır ki? Yaxşı pul gözlənilir.
QIZLAR peşə sahələrinə dair maraqlı təkliflər alacaqlar. Razılaşıb-razılaşmamaq öz işinizdir. İstənilən halda uduzmazsınız. Daxili intuisiya və məsələnin dərindən başa düşməyiniz düzgün qərar qəbul etməyinizə kömək edəcəkdir. Yaxınlarınız da sizi dəstəkləyəcəklər. Bütün mübahisəli məqamları öz xeyrinizə həll edəcəksiniz.
TƏRƏZİLƏR özlərini yeni rakursda təqdim etməlidirlər. Bu günlər özünüzdə çoxlu sayda yeni istedad kəşf edib, həm özünüzü, həm də yaxınlarınızı təəccübləndirəcəksiniz. Heç bir tədbir sizsiz keçinməyəcəkdir. Ətrafınızdakı insanlar hər məsələdə fikrinizi öyrənməyə çalışacaqlar. İstirahət günləri dost məclisləri xoş ovqat bəxş edəcəkdir.
ƏQRƏBLƏR işlərini dəqiq və keyfiyyətlə görmək istəyirlərsə, qərar qəbul etməyə tələsməməlidirlər. Rasionalist olmağınız, işgüzar əhval-ruhiyyəniz rəhbərliyin diqqətindən yayınmayacaqdır. O, peşəkarlığınızı və işgüzarlığınızı yüksək qiymətləndirəcəkdir. Bu həftə işgüzar əlaqələr son dərəcə uğurlu olacaqdır. Bu sahəyə xüsusi diqqət yetirib, dəqiq fəaliyyət planı qurmalısınız.
OXATANLAR yeni işlərin icrasına başlaya bilərlər. Bu həftə ovqatınız yüksək olacaq, çətinliklər boş şeylər kimi görünəcəkdir. Anlaşılmazlıq yaranmaması üçün işlərinizə səliqə ilə yanaşmalısınız. Sakit və təlaşsız hərəkət etsəniz, planlarınız mütləq uğurla nəticələnəcəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB