Fiqurlu konkisürmə üzrə Azərbaycan cütlüyünün XXII Soçi Qış Olimpiya Oyunlarında çıxışı hərarətli alqışlarla qarşılanıb
Soçidə keçirilən XXII Qış Olimpiya Oyunlarında fiqurlu konkisürənlər arasında sərbəst proqramla çıxış yarışları davam edir. "Aysberq" Qış İdman Sarayında keçirilən yarışda 20 cütlük birincilik uğrunda mübarizə aparır.
Azərbaycan idmançıları Yuliya Zlobina – Aleksey Sitnikov cütlüyü 8-ci nömrə altında çıxış ediblər. Rəngarəng çıxışları ilə azarkeşlər tərəfindən hərarətli alqışlarla qarşılanan Yuliya Zlobina – Aleksey Sitnikov cütlüyü 90,48 xal toplayıblar.
Qısa proqram yarışında aktivinə 58,15 xal yazdıran cütlüyümüz iki çıxışın nəticəsinə görə, 148,63 xal toplayaraq indiyədək çıxış etmiş idmançılar arasında ikinci pillədə qərarlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB