“Gənclər və Elm” adlı layihə çərçivəsində treninqlər təşkil olunub FOTO

“Gənclər və Elm” adlı layihə çərçivəsində treninqlər təşkil olunub FOTO

Prezident yanında Gənclər Fondunun maliyə dəstəyi ilə həyata keçirilən "Gənclər və Elm" adlı layihə çərçivəsində Bakı şəhərinin Qaradağ rayonunda "Sənət seçimi-bu nə dərəcədə çətindir" adlı treninqlər təşkil olunub. SİA-nın xəbərinə görə, treninqlərin məqsədi məktəblilərin gələcək həyatlarında mühüm rol oynayacaq ixtisas və peşə seçimlərinin düzgün edilməsidir.

Treninqlər zamanı "sənət seçimi zamanı nəyə diqqət yetirməliyik" adlı maarifləndirici bukletlər və sual anketləri paylanılmış, ixtisas seçimi ilə bağlı təqdimat nümayiş olunub.

"Müasir gənclərin elmə olan marağının artırılması" mövzusunda treninqin keçirilməsində əsas məqsəd isə gəncləri elmi fəaliyyətə cəlb etmək, onların ictimai və elmi-tədqiqat fəaliyyətinə marağının artırılmasına xidmət etməkdir.

Sonda şagirdlərlə müzakirələr aparılıb, fikirlər dinlənilib.

Bütün xəbərlər Facebook səhifəmizdə