Özünə qəsd etmək istəyən iş adamının 8 mərtəbəli binasından xəbər var FOTOLAR

"Azadlıq" qəzetinin yalan informasiya yaymaqda məqsədi nədir?
Özünə qəsd etmək istəyən iş adamının 8 mərtəbəli binasından xəbər var FOTOLAR

Nərimanov rayonunun K.Rəhimov küçəsi 3 ünvanda yerləşən və sahəsi 1720 kv.m olan "Xocalı" Kiçik Müəssisəsinə məxsus inzibati bina ilə bağlı yeni informasiyalar əldə etmişik. Belə ki, həmin inzibati binanın əvvəlki vəziyyəti 6 mərtəbəli olmaqla, 1-ci və 2-ci mərtəbələr təmirli, digər mərtəbələr isə təmirsiz olub və binada lift sistemi mövcud olmayıb. SİA Nərimanov rayon İcra Hakimiyyətinə istinadən xəbər verir ki, "Azadlıq" qəzeti Xocalı soyqırımının ildönümü ərəfəsində heç bir araşdırma aparmadan düzgün olmayan informasiya yayıb.

Belə ki, "Xocalı" Kiçik Müəssisəsinin inzibati binası qiymətləndirmə komissiyası tərəfindən 3,5 milyon manat dəyərində qiymətləndirilib. Sözügedən müəssisənin direktoru Əli Nəbiyev qeyd olunan məbləğlə razılaşmayaraq əsassız olaraq təklif olunan məbləğdən təxminən 3 dəfə artıq olmaqla 10 milyon manat məbləğində kompensasiya tələb edib.

Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən rayonun iqtisadi cəhətdən inkişaf etmiş ərazilərindən biri olan Ağa Nemətulla küçəsində "Xocalı" Kiçik Müəssisəsinin inzibati binasının əvəzində onun əvvəlki sahəsindən 40% artıq olmaqla yeni inzibati binanın tikilib Ə.Nəbiyevə təhvil verilməsi təklif olunub. O, bu təkliflə razılaşaraq özünün iştirakı ilə memarlar dəvət olunub və istəyinə uyğun olaraq 7 mərtəbəli (üstəgəl mansard) sahəsi 3340 kv.m olan müasir standartlara uyğun milli memarlıq üslubunda yeni inzibati bina layihələndirilib və layihə Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılaraq 2011-ci ilin avqust ayında podratçı şirkət müəyyənləşdirilərək dövlət vəsaiti hesabına icrasına başlanılıb. Bina söküldüyü müddətdən 2013-cü ilin oktyabr ayınadək Ə.Nəbiyevə hər ay 4 min manat olmaqla Rayon icra Hakimiyyəti tərəfindən dövlət vəsaiti hesabına kirayə haqqı ödənilib. 2 il ərzində binada yüksək standartlara uyğun olaraq tikinti-quraşdırma və fasad hissəsində işlər tam başa çatdırılaraq, hazırda binanın daxilində təmir işləri həyata keçirilir. Binada lift və mərkəzi istilik sistemi və digər kommunikasiya xidmətlərinin həyata keçirilməsi nəzərdə tutulub. Binanın inşası aparılan 2 il müddətində Ə.Nəbiyev dəfələrlə tikintiyə baş çəkərək aparılan işlərə görə öz təşəkkürünü bildirib.

İşlər sona yaxınlaşdığı üçün rayon İcra Hakimiyyəti tərəfindən Ə.Nəbiyevə müraciət olunaraq "Xocalı" Kiçik Müəssisəsinin təsisçilərini rayon İcra Hakimiyyətinə dəvət olunması, müəssisənin Nizamnamə kapitalına uyğun olaraq pay bölgüsünün aparılması bildirilib. Lakin Ə.Nağıyev bunun hansı məqsədlə edildiyini sual edərək təsisçilərin rayon İcra Hakimiyyətinə dəvət olunmamaları üçün müxtəlif bəhanələr gətirərək onların gəlmələrinə mane olub. Ə.Nəbiyevə izah edilib ki, təsisçilərin rayon İcra Hakimiyyətinə dəvət olunmasında əsas məqsəd onların əmlakının Nizamnamə kapitalında qeyd edilmiş pay bölgüsünə uyğun olaraq onlara təhvil verilməsi və sonradan təsisçilər arasında narazılığın yaranmaması, onların məhkəmə orqanlarına müraciət etməməsi üçündür.

Rayon İcra Hakimiyyəti "Xocalı" Kiçik Müəssisəsinin təsisçiləri haqqında məlumatları rayon İcra Hakimiyyətinə təqdim etmələrini xahiş edir. Bizdə olan məlumata görə, "Xocalı" Kiçik Müəssisəsi 12 nəfər təsisçinin adına rəsmiləşdirilib. Rayon İcra Hakimiyyəti ölkə Prezidentinin tapşırıq və göstərişlərinin rəhbər tutaraq bütün kateqoriyadan olan imtiyazlı ailələrə xüsusi qayğı göstərir, o cümlədən rayon ərazisində məskunlaşmış Xocalı sakinlərinə yüksək həssaslıq göstərilir, onlar tərəfimizdən diqqət və qayğı ilə əhatə olunublar.

"Xocalı" Kiçik Müəssisəsinin inzibati binasının köhnə və tikilən yeni binasının şəkillərini təqdim edirik.

Xatırladaq ki, ölkəmizdə genişmiqyaslı abadlıq və quruculuq işləri görülür, müasir standartlara uyğun yeni infrastruktur layihələri həyata keçirilir. Bu işlərin davamı olaraq, Nərimanov rayonunun K.Rəhimov, Ə.Əbdülrəhimov, Ak.H.Əliyev və digər ünvanlarda istismar müddəti keçmiş yaşayış və qeyri-yaşayış binaları sökülərək əvəzində sakinlərə yaxın ərazilərdə müasir standartlara uyğun, milli memarlıq üslubunda yeni binalar tikilmiş, sakinlərə əvvəlki mənzillərindən sahəsi 30%-40% artıq olmaqla tam təmirli yeni mənzillər verilib, qeyri-yaşayış sahələrinin əvəzində isə tikilmiş yeni binaların birinci mərtəbəsində tam təmirli qeyri-yaşayış sahələri ayrılıb. Bəzi qeyri-yaşayış sahələrinin sahiblərinə isə onların istəyini nəzərə alaraq, yaradılmış xüsusi komissiyalar tərəfindən bazar qiymətlərinə müvafiq olaraq kompensasiyalar ödənilib.

Bütün xəbərlər Facebook səhifəmizdə