3 saylı İstintaq Təcridxanasına başçəkmə həyata keçirilib

3 saylı İstintaq Təcridxanasına başçəkmə həyata keçirilib

Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Şüvəlanda yerləşən 3 saylı İstintaq Təcridxanasına başçəkmə həyata keçiriblər. Ombudsman Aparatının mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, başçəkmədə MPQ-nin üzvü olan həkim də iştirak edib. Başçəkmədə məqsəd Ombudsmanın ünvanına daxil olmuş müraciətlərin, habelə istintaq təcridxanasında, o cümlədən bu müəssisənin tibb-sanitar hissəsində saxlanılma şəraiti, rəftar və göstərilən tibbi xidmətin araşdırılmasından ibarət olub.

Araşdırma zamanı bir sıra saxlanılan şəxs qəbul edilmiş, müraciətləri dinlənilmiş, onlara hüquqları və Ombudsmanın səlahiyyətləri izah olunmuşdur. Həmin şəxslər saxlanılma şəraiti və rəftarla bağlı şikayət etməyiblər.

Habelə istintaq təcridxanasının yeni tibb-sanitar hissəsinin tikintisinə başlanıldığı müəyyən edilib, eyni zamanda qeydiyyat jurnallarına və tibbi kitabçalara baxış keçirilib, aşkar edilən bəzi nöqsanlar tibb-sanitar hissəsi rəhbərliyinin diqqətinə çatdırılıb.

Başçəkmənin nəticələri ilə bağlı Ədliyyə Nazirliyinə müraciət olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə