Hadı Rəcəbli: "Elə sayt, facebook səhifələri var ki, onlar fəlakətə səbəb olur"
"Bu gün ölkəmizdə gənclərlə bağlı ən ciddi məsələ gənclərimizin müəyyən cərəyanlara uyması məsələsidir. Əgər biz bu problemin yanından keçsək, o zaman problem böyük faciələrə gətirib çəxa bilər". SİA-nın məlumatına görə, bunu Milli Məclisin Sosial siyasət komitəsinin sədri, millət vəkili Hadı Rəcəbli gənclərlə bağlı keçirilən toplantıda çıxış edərkən deyib.
Onun sözlərinə görə, elə sayt, facebook səhifələri var ki, onlar fəlakətə gətirib çıxarır: "Belə ki, həmin səhifələrdə güclü təbliğat aparılır, gənclərimizi ölümə sürükləyirlər. Həmin sayt və səhifələr sayəsində gənclərimiz həyatını itiriblər. Bu cür halların qarşısı alınmalıdır. Belə halların qarşısını almaq üçün hüquqi baza yaradılmalıdır. Ölkəmizdə gənclərimiz üçün hər cür şərait yaradılıb. Onların inkişafı ilə bağlı dövlət başçısı tərəfindən mühüm işlər görülür, addımlar atılır. Buna ölkəmizdə Gənclər Fondunun yaradılmasını nümunə göstərmək olar. Fondun fəaliyyəti nəticəsində gənclər layihələr həyata keçirir. Bu da həm gənclər, həm də QHT-lərin inkişafı üçün mühüm əhəmiyyətə malikdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB