Fiqurlu konkisürmə üzrə Azərbaycan cütlüyü XXII Soçi Qış Olimpiya Oyunlarında qısa proqramla çıxış edib

Fiqurlu konkisürmə üzrə Azərbaycan cütlüyü XXII Soçi Qış Olimpiya Oyunlarında qısa proqramla çıxış edib

Soçidə keçirilən XXII Qış Olimpiya Oyunlarının onuncu günündə - fevralın 16-da cütlüklər arasında fiqurlu konkisürmə üzrə yarışlar başlayıb.

"Aysberq" Qış İdman Sarayında keçirilən yarışda fiqurlu konkisürənlər qısa proqramla çıxış ediblər. Azərbaycan idmançıları Yuliya Zlobina – Aleksey Sitnikov cütlüyü 13-cü nömrə altında mübarizəyə qoşulublar. İyirmi dörd cütlüyün mübarizə apardığı yarışda idmançılarımız 58,15 xalla 14-cü pillədə qərarlaşıblar.

Duetimiz fevralın 17-də sərbəst proqram üzrə yarışacaq.

Qeyd edək ki, qısa proqramın qalibi 78,89 xalla ABŞ idmançıları Meril Deyvis - Çarli Uayt cütlüyü olub. Kanadalı Tessa Virtue – Skott Moyr cütlüyü 76,33 xalla ikinci, Rusiya təmsilçiləri Elena İlinix – Nikita Katsalapov cütlüyü isə 73,04 xalla üçüncü yeri tutublar.

Bütün xəbərlər Facebook səhifəmizdə