Reklamlarla bağlı qanun pozuntusu aşkarlanıb

Reklamlarla bağlı qanun pozuntusu aşkarlanıb

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti fiziki şəxs Samir Əfəndiyevə məxsus mağazada yoxlama aparıb. İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, yoxlama zamanı qeyri-dəqiq reklamdan istifadə edilməklə istehlakçıların aldadılması halları müəyyən edilib. Belə ki, mağazanın pəncərəsində "Endirim 50 faizə qədər" məzmunlu reklam yerləşdirilsə də, mağazada satışda olan malların qiymətinə endirim tətbiq edilmədiyi, malların üzərində endirimin tətbiqi barədə heç bir məlumatın (qiymətin) əks olunmadığı, qeyd olunan reklamların aidiyyəti strukturlardan icazə alınmadan yayımlandığı aşkarlanıb.

Bununla əlaqədar, Dövlət Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində qanunsuz reklamın yayımı dayandırılıb.

Qanun pozuntusuna yol vermiş fiziki şəxs barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə