Türkiyə daha bir yeniliyə imza atdı

Türkiyə daha bir yeniliyə imza atdı

Türkiyənin İstanbul şəhərində yol hәrәkәti baxımından böyük əhəmiyyət kәsb edәn daha bir proyekt həyata keçirilib. SİA-nın məlumatına görə, Türkiyənin ilk metro körpüsü olan və şəhərin metro şəbəkəsini bir-birinə bağlayan Haliç metro körpüsü baş nazir Rəcəb Tayyib Ərdoğanın qatıldığı mәrasimlә istifadәyә verilib.

Ərdoğan açılış mәrasimindә çıxış edərək, layihәnin Türkiyә tarixindә önәmli bir addım olduğunu, bu metro köprüsü ilә İstanbulda rels şәbәkәsi uzunluğunu 141 kilometrə çatacağını, 110 kilometr relsin çәkilmәsi işinin isә davam etdiriləcəyini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə