AAC-nin təşkilatçılığı ilə İstanbulda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılacaq
Fevralın 25-də Avropa Azərbaycan Cəmiyyətinin Türkiyə nümayəndəliyinin təşkilatçılığı ilə İstanbulun Ortaköy meydanında Xocalı faciəsi qurbanlarının xatirəsini anma gecəsi keçiriləcək.
Avropa Azərbaycan Cəmiyyətinin rəsmi saytı xəbər verir ki, mərasimdə sərinləşdirici içkilər, Azərbaycan musiqiçilərinin canlı ifası, rəqəmsal sərgi, faciənin şahidlərinin şəxsi hekayətləri təqdim ediləcək, Bosfor körfəzi üzərindən səmaya soyqırımı qurbanlarının xatirəsi naminə onların sayı qədər - 613 ədəd işıqlı şar buraxılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB