Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Reapublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutu və Azərbaycan Gənc Diplomatlar Birliyinin (ADGB) birgə təşkilatçılığı ilə "Audotoriyada Səfirdir" layihəsinin 2-ci görüşü keçirilib. SİA-nın məlumatına görə, gənc diplomatların qonağı Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MQİMO) məzunu Dr. Hans -Jurgen Bethkerdir.
Tədbiri giriş sözü ilə açan ADGB-nin baş katibi Eltun İbrahimov bildirib ki, görüşün əsas məqsədi Xocalı faciəsi nə həsr olunub. Onun sözlərinə görə, hər il faciə həm ölkə, həm də ölkədən kənarda o cümlədən də Almaniyada da silsilə tədbirlər, simpoziumlar, konfransların vasitəsilə anılır.
Tədbirdə Xocalı faciəsində həlak olanlar bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru professor Elman Nəsirov iştirakçılara qonaq haqqında məlumat verib. O deyib ki, qonaq diplomat olsa da daha çox iqtisadi sferada çalışır: "Qonaq 16 ildir ki, ölkəmizdə müxtəlif şirkətlərin rəhbər vəzifəsində çalışıb".
Daha sonra tədbirdə çıxış edən Hans -Jurgen Bethker Xocalı faciəsi ilə bağlı fikirlərini bölüşüb: "Azərbaycanlılara qarşı törədilən faciə həqiqətən də çox ağır bir faciədir. Artıq faciə bir çox ölkələrdə olduğu kimi, Almaniyada da anılır. 16 ildir Bakıdayam. Alman vətəndaşı olaraq faciənin Almaniyada anıldığı haqda məlumatım var. Düşünürəm ki, azərbaycanlılara qarşı bu faciəni törədənlər tezliklə cəzalarını alacaqlar".
Tədbir diskussiya əsasında davam edib. Qonaq gənc diplomatların suallarını cavablandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB