Müştərək Cəmiyyətlər Forumu müzakirə olunub

Müştərək Cəmiyyətlər Forumu müzakirə olunub

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Madrid Klubunun birgə təşəbbüsü əsasında keçiriləcək II Qlobal Müştərək Cəmiyyətlər Forumuna hazırlıq prosesi ilə bağlı Moldovanın sabiq prezidenti Petru Luçinski, Polşanın sabiq prezidendti Aleksandr Kvasnievski və xanımı İolanta Kvasnievska ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndələri ətraflı fikir mübadiləsi aparıblar. Komitədən SİA-ya verilən xəbərə görə, Azərbaycanın belə bir təşəbbüsə dəstək göstərərək onun inkişafına yardım etməsi yüksək qiymətləndirilib. Çünki Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Madrid Klubunun əməkdaşlığı dünyanın diqqətinin Cənubi Qafqaz regionuna yönəldilməsində çox əhəmiyyətli rol oynamaqdadır.

Xüsusilə də Azərbaycan xalqı üçün böyük əhəmiyyəti olan mədəni dəyərlərin daşıyıcısı Nizami Gəncəvi ideyalarının yaşadılması və dünyaya örnək ola bilməsi istiqamətində vacibdir. Görüşlər zamanı bu təşəbbüslərə Azərbaycan prezidentinin göstərdiyi şəxsi diqqət isə hər bir addımın uğurlu alınmasında əsas təkan verici amil kimi qiymətləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə