Fərdi Jurnalist yazıları müsabiqəsinə yekun vuruldu FOTOLAR

Fərdi Jurnalist yazıları müsabiqəsinə yekun vuruldu FOTOLAR

Fevralın 14-də Bakı şəhəri, Binəqədi rayonunda 2013-cü ilin sosial-iqtisadi yekunlarına və 2014-cü-ci il üçün qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçrilmişdir. Tədbir çərçivəsində Binəqədi Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri də mükafatlandırılmışdır.

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov bununla bağlı qeyd etmişdir ki, ötən il noyabrında rayon ictimaiyyətinin, icra strukturlarının nümayəndələri ilə media rəhbərləri arasında keçrilən görüşün yekununda "Binəqədi rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər" mövzusunda fərdi jurnalist yazı müsabiqəsi elan edilmişdir: "Bu gün həm də sözügedən müsabiqədə iştirak edərək qalib seçilən jurnalistlər mükafatlandırılır".

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli çıxışında əvvəlcə Binəqədi rayonunun sosial iqtisadi inkişaf göstəricilərinə toxunmuş, rayonun tərəqqisinin getdikcə daha dinamik xarakter aldığını bildirmişdir. Daha sonra Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması və fəaliyyəti barədə tədbir iştirakçılarına geniş məlumat verən Vüqar Səfərli Fondun 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq fərmanı ilə yaradıldığını diqqətə çatdırmışdır: "Azərbaycanı dünyanın lider ölkələri sırasına yüksəldən, onu beynəlxalq hüququn daha güclü müstəqil subyektinə çevirən Prezident cənab İlham Əliyev mediaya da daim yüksək diqqət və qayğı göstərir. Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mediaya yüksək diqqət və qayğısının daha bir təzahürü olmuşdur. Cənab Prezidentin media işçilərinə yüksək qayğısının növbəti real nümunəsi kimi jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı 2010-cu ildə verdiyi sərəncam da xüsusi qeyd edilməlidir. Xatırlatmaq istərdim ki, keçən ilin iyulun 22-də, Milli Mətbuat günündə cənab Prezidentin iştirakı ilə Bibiheybət qəsəbəsində media işçiləri üçün inşa olunmuş binanın açılışı keçirilmiş və burada 156 media təmsilçisinə tam təmirli mənzillər təqdim olunmuşdur. Elə həmin gün jurnalistlər üçün 17 mərtəbəli, 3 girişli daha bir binanın təməli cənab Prezident tərəfindən qoyulmuşdur və burada inşa edilən mənzillər gələn il sahiblərinə təqdim olunacaq".

Vüqar Səfərli Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun mövcud fəaliyyətindən də bəhs edərkən diqqətə çatdırmışdır ki, hazırda Fond tərəfindən 34 gündəlik və həftəlik qəzetə layihələr çərçivəsində maliyyə vəsaiti ayrılır. Onun sözlərinə görə, Fondun əsas fəaliyyət istiqamətlərindən biri də, jurnalist peşəkarlığının yüksəldilməsi məqsədilə müxtəlif tədbirlərin, o cümlədən fərdi jurnalist yazı müsabiqələrinin keçirlməsidir: "Bu müsabiqələr həm Fond, həm də Fondla digər icra strukrurları tərəfindən birgə təşkil olunur. Binəqədi Rayon İcra Hakimiyyəti ilə birgə ötən ilin sonunda daha bir belə müsabiqə təşkil edilmişdir. Burada bir məqamı da qeyd edim ki, Binəqədi rayon icra başçısı Xaləddin İsgəndərov ötən il həm də media ilə münasibətlərində müsbət mənada fərqlənən icra başçılarından oldu. Məhz bu səbəbdən də, Xaləddin İsgəndərov Fondun xüsusi diplomu ilə təltif edilmişdir.

Ötən ilin noyabrın 6-da Binəqədi Rayon İcra Hakimiyyətində baş redaktorlarla keçrilən görüşün nəticəsi olaraq "Binəqədi rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər" mövzusunda müsabiqə elan olunmuşdur. Müsabiqəyə ümumilikdə 45 jurnalist yazı təqdim etmişdir. Yazıların hər biri 3 ekspert tərəfindən qiymətləndirildikdən sonra, 1-ci yer üçün 1 nəfər, 2-ci yer üçün 2 nəfər, 3-cü yer üçün 3 nəfərdən ibarət qaliblər müəyyənləşdirilmişdir. Bundan əlavə 13 jurnalist isə həvəsləndirici mükafata layiq görülmüşdür".

Daha sonra qaliblər mükafatlandırılmışdır.

"Binəqədi rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər"

№

Müəllifin adı

Müəllifin işlədiyi KİV

Mükafatlar

1.

Səfərova Samirə Məmmədhənifə qızı

"Bakı xəbər" qəzetinin baş redaktor müavini

I yerin qalibi

2.

Quliyeva Zülfiyyə Telman qızı

"Mövqe" qəzetinin müxbiri

II yerin qalibi

3.

İsmayılov Nadir Nəbi oğlu

"Yeni Azərbaycan" qəzetinin

şöbə redaktoru

II yerin qalibi

4.

Bayramov Vaqif Binyat oğlu

"Xalq" qəzetinin əməkdaşı

III yerin qalibi

5.

Namazov Elçin Sabir oğlu

"İki sahil" qəzetinin bölmə müdiri

III yerin qalibi

6.

Bayramova Zümrüd Ələddin qızı

"Səs" qəzetinin şöbə müdiri

III yerin qalibi

7.

Eminli Bəhlul Nuru oğlu

"İqtisadiyyat və həyat" jurnalının

baş redaktoru

Həvəsləndirici

mükafat

8.

Şahməmmədov Murad Məmmədşah oğlu

"Oxu məni" qəzetinin müxbiri

Həvəsləndirici

mükafat

9.

Kazımov Xalid Vahid oğlu

"Üç nöqtə" qəzetinin müxbiri

Həvəsləndirici

mükafat

10.

Vəliyev Fariz Əhməd oğlu

"Futbol+qol" qəzetinin baş redaktoru

Həvəsləndirici

mükafat

11.

Xəlilov Ruslan Qaçay oğlu

"Teleqraf.com" xəbər agentliyinin redaktoru

Həvəsləndirici

mükafat

12.

Salahov Elxan İsa oğlu

"Həftə içi" qəzetinin redaktoru

Həvəsləndirici

mükafat

13.

Mustafayev Əziz Salam oğlu

"Zaman-Azərbaycan" qəzetinin müxbiri

Həvəsləndirici

mükafat

14.

Əhmədov Yusup Seyid oğlu

"Paralel" qəzeti

Baş redaktorun I müavini

Həvəsləndirici

mükafat

15.

Yusifova Dilşad Xaqani qızı

"Təhsil Problemləri" qəzetinin müxbiri

Həvəsləndirici

mükafat

16.

Hüseynova Pərvanə Rafiq qızı

"The Business Times" qəzetinin müxbiri

Həvəsləndirici

mükafat

17.

Miriyev Anar Barat oğlu

"Palitra" qəzetinin müxbiri

Həvəsləndirici

mükafat

18.

Yusifov Ramiz Ənvər oğlu

"Respublika" qəzetinin şöbə müdiri

Həvəsləndirici

mükafat

19.

Şahverdiyev Cavid Nadir oğlu

"Xalq Cəbhəsi" qəzetinin müxbiri

Həvəsləndirici

mükafat

20.

Ağayev İlkin Ağahüseyn oğlu

"Palitra" qəzetinin siyasət şöbəsinin müdiri

21.

Eyvazov Atif Dərgah oğlu

"Həftə içi" qəzetinin müxbiri

22.

Qəribli Məhəmmədəli Qərib oğlu

"Bakı-Xəbər" qəzetinin müxbiri

23.

Əliyev Azad Akif oğlu

"Həftə içi" qəzetinin müxbiri

24.

Rəhimov Təbriz Kamal oğlu

"azerbaycaninfo.com" xəbər portalının

baş redaktoru

25.

Əhmədov Xanoğlan Əlüseyn oğlu

"Ekspress" qəzetinin müxbiri

26.

Osmanova Sevinc Gülməmməd qızı

"Həftə içi" qəzetinin müxbiri

27.

Həsənov Vaqif Cəlil oğlu

"Bakı-Xəbər" qəzetinin redaktoru

28.

Cəfərova Səriyyə Müslüm qızı

"Bizim Yol" qəzetinin müxbiri

29.

Hüseynzadə Fuad Abı oğlu

"Palitra" qəzetinin müxbiri

30.

Nəsirli Akif Sovet oğlu

"Paralel" qəzetinin redaktoru

31.

Sarıyeva İradə Murad qızı

"Bakı-Xəbər" qəzetinin müxbiri

32.

Qulami Pərviz Rəhim oğlu

"Əmlak Bazarı" jurnalının

Baş redaktoru

33.

Abdullayeva Nigar Nizami qızı

"Palitra" qəzetinin müxbiri

34.

Bayramov Mübariz Ramiz oğlu

"Mövqe" qəzetinin müxbiri

35.

Abbaszadə Mahir Tapdıq oğlu

"Paralel" qəzetinin müxbiri

36.

Cəlilova İradə Məhəmmədağa qızı

"Ekspress" qəzetinin müxbiri

37.

Cəfərova Könül Mustafa qızı

"APA" informasiya agentliyi

38.

Qələndərov Nurlan Vəli oğlu

"Yeni Azərbaycan" qəzetinin müxbiri

39.

Məmmədli Hülya Gündüz qızı

"Yeni Azərbaycan" qəzetinin müxbiri

40.

Rzayev Zahid Asəf oğlu

"İki sahil" qəzetinin bölmə müdiri

41.

Bağırova Aytən Şöhrəddin qızı

"Modern.az" xəbər portalı

42.

Bəşirova Şahnaz Saleh qızı

"Paralel" qəzetinin müxbiri

43.

Lətifov Aqil Məmmədhüseyn oğlu

"525-ci qəzet"in müxbiri

44.

Abbaslı Tahir Tapdıq oğlu

"Paralel" qəzetinin müxbiri

45.

İsmayılov Rufiq Afis oğlu

"Kaspi" qəzetinin müxbiri

Bütün xəbərlər Facebook səhifəmizdə