“Sərhədsiz reportiorlar”ın siyasi ambisiyaları bir daha özünü biruzə verdi" MÜSAHİBƏ
Jurnalistlər və həmkarlar ittifaqının sədri Müşfiq Ələsgərlinin SƏS TV-yə müsahibəsi:
- "Sərhədsiz reportiorlar" təşkilatı mətbuat azadlığı indeksi adı altında növbəti hesabatını yayıb. Hesabatda ənənəvi olaraq Azərbaycana qarşı qərəzli fikirlərin səsləndirilməsinin səbəbi nədir?
- Bu təşkilat ənənəvi olaraq öz hesabatlarında anti-Azərbaycan mövqeyi tutur və uzun illərdir ki, "Sərhədsiz reportiorlar"ın açıqlamalarında Azərbaycana qarşı qərəzin olması özünü biruzə verir. Təşkilatın açıqlamalarının qüsurlu və cəmiyyətdə Azərbaycana qarşı mənfi fikirlərin formalaşmasına hesablanmış tezislərin olduğunu anlamaq üçün heç də digər mənbələrə müraciət etməyə ehtiyac yoxdur. Təşkilatın yerləşdiyi Paris şəhərinin ən demokratik mərkəzlərdən biri hesab olunsa da, hər kəs 2 il öncə Fransada anti-demokratik addımın atılmasına cəhd göstərildiyinin şahidi oldu. Bu qondarma "erməni soyqırımı" ifadəsini deməyən şəxslərin yüksək məbləğdə cərimə olunması məsələsi idi. Lakin Fransanın dövlət qurumlarının qarşı çıxdığı bu anti-demokratik məsələ haqqında adıçəkilən təşkilat heç bir hesabat hazırlamadı, hətta bu məsələ barədə bir söz belə səsləndirmədi. Bu isə "Sərhədsiz reportiorlar"ın siyasi ambisiyalarının olduğuna bir sübutdur. Onların ittiham etdiyi ölkələr isə Ermənistanın maraqlarına cavab verməyən dövlətlərdir.
- Azərbaycanda söz və mətbuat azadlığını necə qiymətləndirirsiniz?
- MDB məkanına daxil olan bir çox ölkələrdə hələ də mətbuatın özünü tənzimləmə mexanizmi qurulmayıb. Lakin Azərbaycan mətbuatı 12 il öncə dövlət tənzimləməsini ləğv edib və özünü tənzimləmə mexanizmi yaradıb. Bu ölkələrdə mediaya tətbiq edilən şərtləri, göstərilən dövlət qayğısını, söz və mətbuat azadlığını nəzərə alsaq görərik ki, Azərbaycan mətbuatı daxil olduğu regionda çox böyük inkişaf yolu keçib. Bu gün Azərbaycan ən azı qonşu dövlətlərlə müqayisədə çox yüksək söz və mətbuat azadlığına malikdir. Azərbaycanda KİV-ə Dövlət Dəstəyi Fondunun yaradılması, bu sahə üzrə konvesiyanın qəbul edilməsi dövlətin mətbuata göstərdiyi qayğının analoqu olmayan nümunəsidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB