VIII Möcüzə-Liderlik Məktəbinin iştirakçıları hərbi hissədə olublar FOTOLAR

VIII Möcüzə-Liderlik Məktəbinin iştirakçıları hərbi hissədə olublar FOTOLAR

13 fevral tarixində Azərbaycan Tələbə Gənclər Təşkiatları İttifaqının (ATGTİ) Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə Tovuz rayonunda reallaşdırdığı VIII Möcüzə-Liderlik Məktəbinin iştirakçıları N saylı hərbi hissəndə olublar. ATGTİ-nin mətbuat katibi Hüseyn İsmayılovun SİA-ya verdiyi məlumata görə, 28 ali və orta ixtisas təhsil müəssisəsindən 100 -ə yaxın tələbənin iştirak etdiyi VIII Möcüzə-Liderlik Məktəbinin iştirakçıları sərhəd bölgəsində yerləşən hərbi hissə ilə yaxından tanış olublar və əsgərlər üçün xüsusi proqramla çıxış ediblər.

Daha sonra tələbələr qərargahla tanış olublar və əsgərlərlə birlikdə xatirə şəkli çəkdiriblər.

Hərbi hissədə görüşün keçirilməsində məqsəd əsgərlərin ruh yüksəkliyinə nail olmaq və iştirakçıların daha da vətənpərvər olmasına nail olmaqdır.

Xatırladaq ki, VIII Möcüzə-Liderlik Məktəbi 10-16 fevral tarixlərində Tovuz rayonunda reallaşdırılır və bu liderlik məktəbi ATGTİ tərəfindən reallaşdırılan sayca 8 ci liderlik məktəbidir.

Bütün xəbərlər Facebook səhifəmizdə