Nizami RİH və KİVDF-nin birgə müsabiqəsinə yekun vurulub FOTOLAR
Bu gün Bakı şəhəri, Nizami rayonunda 2013-cü ildə sosial-iqtisadi inkişaf istiqamətində görülmüş işlərə yekun vurulmuş və 2014-cü-ci il üçün qarşıda duran vəzifələr müzakirə olunub. SİA-nın verdiyi məlumata görə, tədbir çərçivəsində Nizami Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri də mükafatlandırılıb.


Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov qeyd edib ki, ötən ilin noyabr ayında rayon ictimaiyyətinin, icra strukturlarının nümayəndələri ilə media rəhbərləri arasında görüş keçirilib: "Görüşün yekunu olaraq fərdi jurnalist yazı müsabiqəsi elan edilmişdir və bu gün həm də qaliblər mükafatlandırılır".

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli isə çıxışında əvvəlcə Nizami rayonunun sosial iqtisadi inkişafı ilə bağlı fikirlərini bildirmiş, rayonun dinamik tərəqqi yolunda olduğunu diqqətə çatdırıb. Fondun yaradılması və fəaliyyəti barədə tədbir iştirakçılarına geniş məlumat verən Vüqar Səfərli qurumun 2009-cu ildə Prezident İlham Əliyevin müvafiq fərmanı ilə yaradıldığını bildirib: "Fondun yaradılması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mediaya yüksək diqqət və qayğısının növbəti təzahürü olmuşdur. Ötən illər ərzində dövlət başçısının yüksək diqqətini media daim öz üzərində hiss etmişdir. Cənab Prezidentin media işçilərinə yüksək qayğısının daha bir real nümunəsi heç şübhəsiz ki, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı 2010-cu ildə verdiyi sərəncam olmuşdur. Ötən ilin iyul ayında cənab Prezidentin iştirakı ilə jurnalistlər üçün inşa olunmuş binanın açılışı keçirilmiş və burada 156 media təmsilçisinə təmirli mənzillər verilmişdir".

Fondun mövcud fəaliyyətindən də bəhs edən Vüqar Səfərli qeyd edib: "Bu gün Fond tərəfindən 34 qəzetə layihələr çərçivəsində maliyyə vəsaiti ayrılır. Bu, onların iqtisadi müstəqilliyinin möhkəmlənməsinə töhfələr verir. Fondun əsas məqsədlərindən biri də, jurnalist peşəkarlığının yüksəldilməsi məqsədilə müxtəlif tədbirlərin həyata keçirilməsidir. Bu konteksdə beynəlxalq təcrübənin öyrənilməsi üçün də müvafiq addımlar atılır, jurnalistlərin müxtəlif xarici ölkələrə səfərləri təşkil olunur. Elə ötən il Türkiyəyə və Şimali Kipr Türk Cümhuriyyətinə media təmsilçilərinin səfərləri təşkil olunmuşdur".

Vüqar Səfərli Fond tərəfindən təşkil olunan fərdi jurnalist yazı müsabiqələri barədə də tədbir iştirakçılarına məlumat verib: "Fond hər il bir neçə fərdi jurnalist yazıları müsabiqəsi təşkil edir. Bununla yanaşı Fond digər icra strükturları ilə birgə də yazı müsabiqələrinin təşkilini həyata keçirir. Ötən ilin noyabrında Nizami Rayon İcra Hakimiyyətində baş tutan görüşün nəticəsi olaraq "Nizami rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər" mövzusunda müsabiqə elan olunmuşdur. Keçirilmiş müsabiqəyə ötən ilin noyabr ayının 19-dan dekabr ayının 20-dək yazılar qəbul edilmişdir. Müsabiqəyə ümumilikdə 43 jurnalist yazı təqdim edilmiş, yazılar ekspertlər tərəfindən qiymətləndirildikdən sonra, 1-ci yer üçün 1 nəfər, 2-ci yer üçün 2 nəfər, 3-cü yer üçün 3 nəfərdən ibarət qaliblər müəyyənləşdirilmişdir. Bundan əlavə 11 jurnalist isə həvəsləndirici mükafata layiq görülmüşdür".

Qaliblərin mükafatlandırılmasından öncə, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov media ilə fəal əməkdaşlığına görə, KİVDF-nin xüsusu diplomuna layiq görülüb. Daha sonra qaliblər mükafatlandırılıb.

"Nizami rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər"
|
№ |
Müəllifin adı |
Müəllifin işlədiyi KİV |
Yekun bal |
Mükafatlar |
|
1. |
Rəşidova İlhamə Rəfael qızı |
"Azadinform" müstəqil informasiya agentliyinin müxbiri |
21 |
I yerin qalibi |
|
2. |
Bayramov Rasim Məzahir oğlu |
"Mövqe" qəzetinin baş redaktoru |
20 |
II yerin qalibi |
|
3. |
Ağayev İlkin Ağahüseyn oğlu
|
"Palitra" qəzetinin siyasət şöbəsinin müdiri |
20 |
II yerin qalibi |
|
4. |
Səfərova Samirə Məmmədhənifə qızı |
"Bakı xəbər" qəzetinin baş redaktor müavini |
19.6 |
III yerin qalibi |
|
5. |
Hümmətov Aqşin Şahin oğlu |
"Yeni Azərbaycan" qəzetinin şöbə redaktoru |
19.3 |
III yerin qalibi |
|
6. |
Quliyev Mirbağır Baloğlan oğlu |
"Xalq" qəzetinin əməkdaşı |
19 |
III yerin qalibi |
|
7. |
Məmmədov Seymur Fərhad oğlu |
"Day.az" informasiya portalının baş redaktor müavini |
18.3 |
Həvəsləndirici mükafat |
|
8. |
Cəfərov Müşfiq Mirzə oğlu
|
"Respublika" qəzetinin redaksiya müdiri |
18 |
Həvəsləndirici mükafat |
|
9. |
Hüseynli Alim Ziyadxan oğlu |
"Olaylar" qəzetinin müxbiri |
18 |
Həvəsləndirici mükafat |
|
10. |
Rzayev Zahid Asəf oğlu |
"İki Sahil" qəzetinin bölmə müdiri |
17.6 |
Həvəsləndirici mükafat |
|
11. |
Allahverdiyeva Samirə Qasım qızı |
"Azərbaycan Dövlət Teleqraf Agentliyi"nin müxbiri |
17.6 |
Həvəsləndirici mükafat |
|
12. |
Osmanova Sevinc Gülməmməd qızı |
"Həftə-içi" qəzetinin müxbiri |
17.6 |
Həvəsləndirici mükafat |
|
13. |
Əfəndiyev Pünhan Şövkət oğlu |
"Üç nöqtə" qəzetinin baş redaktor müavini |
17.3 |
Həvəsləndirici mükafat |
|
14. |
Hüseynova Pərvanə Rafiq qızı |
"The Business Times" qəzetinin müxbiri |
17.3 |
Həvəsləndirici mükafat |
|
15. |
İbrahimov Əli Zülfüqar oğlu |
"Xalq Cəbhəsi" qəzetinin müxbiri |
17 |
Həvəsləndirici mükafat |
|
16. |
Cəfərova Səriyyə Müslüm qızı |
"Bizim Yol" qəzetinin müxbiri |
17 |
Həvəsləndirici mükafat |
|
17. |
Paşa Elşad Əlhüseyn oğlu |
"Yeni Müsavat" qəzetinin müxbiri |
17 |
Həvəsləndirici mükafat |
|
18. |
Əhmədov Yusup Seyid oğlu |
"Paralel" qəzeti Baş redaktorun I müavini |
16.6 |
|
|
19. |
Musayeva Zeynəb Əli qızı |
"Kaspi" qəzetinin müxbiri |
16.6 |
|
|
20. |
Sarıyeva İradə Murad qızı |
"Bakı-Xəbər" qəzetinin müxbiri |
16.6 |
|
|
21. |
Vəliyev Fariz Əhməd oğlu
|
"Futbol+qol" qəzetinin baş redaktoru |
16.6 |
|
|
22. |
Yusifova Dilşad Xaqani qızı
|
"Təhsil Problemləri" qəzetinin müxbiri |
16.6 |
|
|
23. |
Cəfərov Zahid İlham oğlu |
"Yeni Azərbaycan" qəzetinin məsul redaktoru |
16.6 |
|
|
24. |
Salahov Elxan İsa oğlu |
"Həftə-içi" qəzetinin redaktoru |
16.6 |
|
|
25. |
İsrafilov Orxan Vahid oğlu
|
"İki sahil" qəzetinin bölmə müdiri |
16.3 |
|
|
26. |
Rəhimzadə Nail Arif oğlu
|
"İki sahil" qəzetinin bölmə müdiri |
16.3 |
|
|
27. |
Qəribli Məhəmmədəli Qərib oğlu |
"Bakı-Xəbər" qəzetinin müxbiri |
16.3 |
|
|
28. |
Bayramov Mübariz Ramiz oğlu |
"Mövqe" qəzetinin müxbiri |
16.3 |
|
|
29. |
Rəsulov Qvami Məhəbbət oğlu
|
"Zaman-Azərbaycan" qəzetinin müxbiri |
16.3 |
|
|
30. |
Babayev Ağasəf Malik oğlu |
"Palitra" qəzetinin müxbiri |
16 |
|
|
31. |
Həsənov Vaqif Cəlil oğlu |
"Bakı-Xəbər" qəzetinin redaktoru |
16 |
|
|
32. |
Rzayev Nizam Abdulbağı oğlu
|
"Lent.az" İnformasiya agentliyinin müxbiri |
16 |
|
|
33. |
Namazov Elçin Sabir oğlu |
"İki Sahil" qəzetinin bölmə müdiri |
16 |
|
|
34. |
Şahməmmədov Murad Məmmədşah oğlu |
"Oxu Məni" qəzetinin müxbiri
|
16 |
|
|
35. |
Abbaslı Tahir Tapdıq oğlu |
"Paralel" qəzetinin müxbiri |
16 |
|
|
36. |
Miriyev Anar Barat oğlu |
"Palitra" qəzetinin müxbiri
|
15.6 |
|
|
37. |
Nəsirli Akif Sovet oğlu |
"Paralel" qəzetinin redaktoru |
15.6 |
|
|
38. |
Bəşirova Şahnaz Saleh qızı |
"Paralel" qəzetinin müxbiri |
15.6 |
|
|
39. |
Quliyev Namiq Abbasqulu oğlu |
"Bakı-Xəbər" qəzetinin müxbiri |
15.6 |
|
|
40. |
Əliyev Azad Akif oğlu |
"Həftə içi" qəzetinin müxbiri |
15.6 |
|
|
41. |
Nuriyeva Sevinc Rasim qızı |
"Yeni Azərbaycan" qəzetinin müxbiri |
15.6 |
|
|
42. |
Abdullayeva Nigar Nizami qızı |
"Palitra" qəzetinin müxbiri |
15.3 |
|
|
43. |
Məmmədov Mahal Şahniyar oğlu |
"Futbol dünyası" qəzetinin müxbiri |
13.6 |
|
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB