Uşaq əməyinin istismarının qarşısı necə alına bilər? SORĞU

Uşaq əməyinin istismarının qarşısı necə alına bilər? SORĞU

Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi daimi olaraq ailə, qadın və uşaq məsələlərinin müxtəlif aspektlərinə aid keçirdiyi sorğularını davam etdirir. Komitənin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, budəfəki sorğu uşaqların əmək hüquqlarının müdafiəsinə aiddir. Belə ki, "Uşaq əməyinin istismarının qarşısı necə alına bilər?" sorğusunda 93 respondent iştirak edib.

Cavablar aşağıdakı kimi müəyyənləşib:

Uşaq istismarı ilə məşğul olan şəxslərin cəzalandırılması yolu ilə- 22,6%,

Uşaqların sosial müdafiəsini gücləndirmək yolu ilə- 29%

Valideyn məsuliyyətinin artırılması yolu ilə- 29%,

Dövlət qurumları tərəfindən 19, 4%

Bütün xəbərlər Facebook səhifəmizdə