"Yaşlı nəslin təcrübəsindən faydalanaq" adlı geniş miqyaslı maarifləndirmə layihəsinin növbəti tədbiri Pirallahı rayon İcra Hakimiyyəti ilə birgə Ağsaqqallar Şurasının üzvlərinin iştirakı ilə Pirallahı rayonunda keçirilib. Bu barədə SİA-ya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Tədbirdə Pirallahı rayon İcra hakimiyyəti başçısının müavini Səfixanov Vəzir, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, Pirallahı rayon Ağsaqqallar Şurasının üzvi Səməd Əhmədov və təlim - tərbiyə müəssisələrində təhsil alan gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Pirallahı rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov tədbir iştirakçılarını salamlayaraq, hər bir xalqın milli mənəvi dəyərlərin qorunub saxlanmasında ailənin böyük rol oynadığını bildirib.
Daha sonra çıxış edən, komitənin sədr müavini Aynur Sofiyeva son dövrlərdə ölkə başçısı tərəfindən imzalanan fərmanlarda ailə siyasətinə böyük önəm verdiyini vurğulayıb. O, qloballaşan dünyada milli dəyərlərin daha çox qorunmasına ehtiyac olduğunu söyləyərək, sağlam cəmiyyətin əsasında sağlam ailələrin durduğunu qeyd etmiş və Komitənin bu istiqamətdə gördüyü işlər barədə məlumat verib.
Tədbirdə həmçinin Pirallahı rayon Ağsaqqallar Şurasının üzvi Səməd Əhmədov, Pirallahı rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Samir Hüseynov da çıxış edərək layihənin aktuallığı və əhəmiyyəti barədə fikirlərini bildiriblər.
Tədbirdən sonra komitə əməkdaşları Pirallahı rayon sakini Çumarina Zeynəb Nəsibbulovnanın 100 yaşı münasibəti ilə ailəyə baş çəkib və Tatar icmasının sədrliyi ilə keçirilən şənlikdə iştirak edib və ailəyə Komitə tərəfindən hədiyyə təqdim ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB