Vətəndaşlar inzibati cərimələri "ASAN ödəniş"lə həyata keçirəcək

Vətəndaşlar inzibati cərimələri

"Artıq elektron xidmətlərin çərçivəsi genişləndirilib. Belə ki, bundan sonra inzibati cərimələrin ödənilməsi "ASAN ödəniş" xidməti ilə həyata keçiriləcək". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov deyib.

Onun sözlərinə görə, əsas məqsəd inzibati cərimələr barədə vətəndaşların məlumatlandırılmasıdır: "Digər tərəfdən isə inzibati cərimələrin elektron vasitələrlə, eləcə də mobil telefonlarla ödənilməsi həyata keçiriləcək. Eyni zamanda, ictimaiyyətin daha çox olduğu yerlərdə, o cümlədən sürücülərin ən çox müraciət etdiyi yanacaq doldurma məntəqələrində və digər müəssisələrdə xüsusi terminallar quraşdırılacaq. Bununla da vətəndaşlar inzibati cərimələri həmin terminalların vasitəsi ilə ödəyə biləcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə