İnam Kərimov: "Hərbi qeydiyyat prosedurları "ASAN xidmət"də həyata keçiriləcək"

İnam Kərimov: "Hərbi qeydiyyat prosedurları "ASAN xidmət"də həyata keçiriləcək"

"Şəxsiyyət vəsiqəsinin alınması üçün qeydiyyata alınma və qeydiyyatdan çıxarılma, hərbi qeydiyyata düşmə və hərbi qeydiyyatdan çıxarılma proseduraları da Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidməti tərəfindən "ASAN Xidmət" mərkəzlərində həyata keçiriləcək". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov deyib.

O deyib ki, "ASAN Xidmət" mərkəzlərində bu günə qədər 9 dövlət orqanı tərəfindən əhaliyə 25 sahə üzrə xidmət göstərirdi, lakin Prezidentin fərmanı ilə bu xidmətlərin sayı artırıldı: "Bu xidmətlər sırasına artıq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən vətəndaşlara göstərilən xidmətlərin çərçivəsi genişləndirildi. Əvvəl yalnız mənzillərə təkrar çıxarış verilirdi. Mülkiyyət hüquqları qeydiyyatı üçün, ictimaiyyət arasında "kupça" kimi tanınan sənədin verilməsi həyata keçirilirdi. Bundan sonra mənzillərə ilkin çıxarış veriləcək. Həmçinin əlavə olaraq fərdi yaşayış evlərinə təkrar qeydiyyatın, yəni çıxarışın verilməsi həyata keçiriləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə