FHN Fransa səfirliyinin inzibati binasında taktiki-xüsusi təlim keçiriləcək
Sabah Fransa Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsi, 7 ünvanında yerləşən inzibati binasında Fövqəladə Hallar Nazirliyinin qurumlarının iştirakı ilə taktiki-xüsusi təlim keçiriləcəkdir. Fövqəladə hallar nazirliyindən SİA-ya verilən məlumata görə, təlimin saat 15.00-da başlanması nəzərdə tutulur.
Təlimin keçirilməsində əsas məqsəd Fransa səfirliyinin yanğın zamanı fəaliyyət planının reallığının yoxlanılması, səfirlik əməkdaşlarına yanğın hadisəsi zamanı fəaliyyət üzrə əməli vərdişlərin aşılanması, Fövqəladə Hallar Nazirliyinin xilasetmə və yanğınsöndürmə bölmələrinin şəxsi heyətinin səfirliyin ərazisində baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi sahəsində peşəkarlığının daha da artırılmasından ibarətdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB