Sabah buludlu hava şəraiti üstünlük təşkil edəcək

Sabah buludlu hava şəraiti üstünlük təşkil edəcək

Sabah Bakı və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşlki edəcəyi, günün birinci yarısında bəzi yerlərdə az yağıntılı olacağı ehtimalı var. Səhər və axşam saatlarında duman olacağı gözlənilir. Cənub küləyi əsəcək. Bunu SİA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.

Havanın temperaturu gecə 2-5, gündüz 5-10 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Əsasən şərq rayonlarında az yağın olacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturunun Aran rayonlarında gecə 0-5, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə