Sabah Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin Gəncə Bölməsində səyyar iclası keçiriləcək. AMEA-nın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, bu məqsədlə AMEA prezidenti, akademik Akif Əlizadənin başçılıq etdiyi nümayəndə heyəti bu gün Gəncəyə yola düşüb.
İclası akademik A. Əlizadə geniş nitqlə açacaq. Tədbirdə Gəncə Bölməsinin 2013-cü ildəki elmi və elmi-təşkilati fəaliyyəti və bölmənin elmi müəssisələrində doktoranturaya qəbulun nəticələri ilə bağlı məsələlər müzakirə olunacaq.
Xatırladaq ki, Prezident İlham Əliyevin 19 dekabr 2012-ci il tarixli sərəncamına, həmçinin Nazirlər Kabinetinin 08 oktyabr 2013-cü il tarixli və AMEA Rəyasət Heyətinin 6 noyabr 2013-cü il tarixli qərarlarına əsasən Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsi və onun nəzdində Nizami Gəncəvi Mərkəzi, Nəbatət bağı, Humanitar Tədqiqatlar, Diyarşünaslıq və Bioresurslar, Ekologiya və Təbii Ehtiyyatlar, Aqrar Problemlər institutları yaradılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB