Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən 2014-cü ilin yanvar ayı ərzində dövlət sərhədini pozduqları üçün 28 halda 30 nəfər saxlanılıb. Onların 14 nəfəri Azərbaycan, 9-u Özbəkistan, 2-si İran İslam Respublikası, 2-si Rusiya, 1-i Gürcüstan, 1-i Türkiyə, 1-i isə Qana vətəndaşı olub. DSX-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 4 halda 9 nəfər, Xəzər dənizində 18 halda 24 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.
Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respublikası hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 187 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.
Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 16 halda 6 kiloqram 943 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.
Qaçaqmalçılığa qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 54 halda ümumi dəyəri təqribən 368 min manat olan qaçaqmal, o cümlədən AKM üçün 1 ədəd daraq, 1 pnevmatik tapança, 8 ədəd 7,62 millimetrlik patron, 10 ədəd 16 millimetrlik patron, 0,3 kq barıt, 126 ədəd daraq çantası, 126 ədəd patron çantası, 6832 ədəd pirotexniki vasitə, 1 kater, 1 qayıq, 232 mobil telefon, 35770 qutu siqaret, 2500 litr dizel yanacağı, 11 baş iribuynyzlu qaramal, müxtəlif dərman preparatları, spirtli içki və sənaye malları saxlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB