"Bu gündən etibarən Azərbaycanda bu il üçün Həcc ziyarətinə getmək istəyən zəvvarların sənəd qəbuluna start verilib". Bu barədə SİA-ya Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova məlumat verib.
Ziyarət üçün təklif olunan qiymətlərdə heç bir dəyişiklik olmadığını deyən mətbuat xidmətinin rəhbəri vurğulayıb ki, əsas məsələ qiymətin bahalaşmaması idi.
Onun sözlərinə görə, zəvvarlar bu il də iki variantda ziyarət edəcəklər: " Belə ki, nisbətən şəraiti zəif və gündə iki dəfə yemək verilən hotellərdə qalan zəvvarlar üçün ümumi ziyarət xərci 3250 manat, daha yaxşı şəraitli və yeməkləri daha çeşidli olan otellərdə qalmaq istəyən zəvvarlar üçün ümumi xərc 4100 manatdır. Azərbaycan hər zaman zəvvarların yüksək şəkildə ziyarəti üçün əlindən gələni edir. Bu ildə çalışacağıq ki, zəvvarlar ziyarətin təşkilindən razı qalsınlar".
Həcc ziyarəti üçün Azərbaycana ayrılan kvotaya gəlincə, R. Dadaşova bildirib ki, ölkəmizdən ziyarətə gedəcək insanların sayı mart ayında məlum olacaq: "Mart ayında Azərbaycanın Həcc Missiyası Səudiyyə Ərəbistanın Həcc Naziri ilə görüşəcək və görüşdə protokol imzalanacaq. Azərbaycan üçün Həcc ziyarətinə ayrılan kvota orada məlum olacaq. Sənəd qəbulunun nə zamana qədər davam etməsi məsələsinə gəlincə isə, bu yalnız kvota açıqlandıqdan sonra məlum olacaq. Kvota tam dolana qədər sənəd qəbulu davam edəcək".
R. Dadaşova qeyd edib ki, sənədlər Həcc ziyarətini təşkil edən yeganə qurum olan QMİ-nin Həcc şöbəsində qəbul olunur: "Ziyarətə getmək istəyən vətəndaşlardan tələb olunan sənədlər 4 ədəd 3x4 şəkil, şəxsiyyət vəsiqəsinin surəti, xarici pasport və sağlamlıq haqqında arayışdan ibarətdir. Müraciət etmək istəyənlər Qafqaz Müsəlmanları İdarəsinə müraciət edə, əlaqə saxlamaq istəyənlər isə ( 012) 492-00-57, 492-88-48 nömrələrinə zəng edə bilərlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB