SHXÇDX-nin əməkdaşları Fəxri Xiyabanda olublar

SHXÇDX-nin əməkdaşları Fəxri Xiyabanda olublar

Fevralın 13-ü Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranması günüdür. SİA-nın məlumatına görə, Prezident İlham Əliyev 2012-ci il fevralın 13-də "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunun tətbiqi barədə fərman imzalayıb. Fərmana əsasən, Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycanın Hərbi Komissarlığı, Naxçıvan Muxtar Respublikasının Hərbi Komissarlığı, rayon, şəhər, şəhər rayonu hərbi komissarlıqları ləğv edilərək onların əsasında Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılıb.

Bu münasibətlə Dövlət Xidmətinin əməkdaşları Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin, görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarlarını və Şəhidlər Xiyabanını ziyarət ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə