Sutka ərzində atəşkəs rejimi 25 dəfə pozulub

Sutka ərzində atəşkəs rejimi 25 dəfə pozulub

Cəbhə xəttində atəşkəs yenidən pozulub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 25 dəfə pozulub.

Erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Əbdürrəhmanlı, Tərtər rayonunun Çaylı kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Qarşı tərəf cavab atəşi ilə susdurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə