Dövlətqaçqınkom: "Məcburi köçkünlərin köçürülməsində obyektivlik qorunur"
Dövlətqaçqınkomun mətbuat xidməti məlumat yayıb. SİA-nın verdiyi məlumata görə, dövlət qurumu məcburi köçkünlərin yerləşdirilməsində obyektivliyin qorunması üçün bütün imkanlardan istifadə olunur.
"Bildiririk ki, hazırda Gəncə şəhəri ərazisində 1500 ailəlik yeni salınmış şəhərciyə məcburi köçkünlərin köçürülməsi aparılır. Bu günə kimi 960 ailə köçürülmüşdür. Köçürülmə prosesi Dövlətqaçqınkomun, Kəlbəcər rayon icra hakimiyyətinin, Kəlbəcər rayon polis şöbəsinin, Gəncə şəhər icra hakimiyyətinin, Gəncə şəhər polis şöbəsinin nümayəndələrinin və məcburi köçkün icmalarının iştirakı ilə xüsusi yaradılmış komissiya tərəfindən mənzillərin püşkatma yolu ilə ailə tərkibinin sayı nəzərə alınmaqla yüksək şəffaflıq şəraitində həyata keçirilir. Hazırda işlər uğurla davam etdirilir.
Lakin təəssüflər olsun ki, köçürmə zamanı bəzi məcburi köçkünlər köçürülən obyektdə yaşamadığından, ev almaq üçün sonradan gəlib həmin obyektlərə müxtəlif qanunsuz yolla yerləşərək, hədə-qorxu gəlməklə ev almaq istəyirlər.
Dövlətqaçqınkomun mətbuat xidməti olaraq bir daha məcburi köçkünlərin nəzərinə çatdırırıq ki, köçürülmə zamanı bu cür hallara yol verməsinlər və bu sahədə işlər tam nəzarətdə olduğundan bütün neqativ halların qarşısı alınacaqdır", - deyə Dövlətqaçqınkomun mətbuat xidmətindən bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB