Göygöl rayon İcra Hakimiyyətində 2013-cü ilin yekunları və qarşıda duran vəzifələr müzakirə olunub. SİA-nın verdiyi xəbərə görə, tədbirdə rayon İcra Hakimiyyəti Aparatının rəhbəri Arif Seyidov, millət vəkilləri və bir sıra rəsmilər iştirak edib.
Hesabat müşavirəsində ötən il bir il ərzində əldə olunan nəticələr və növbəti il üçün həyata keçirilməsi planlaşdırılan layihələr müzakirə olunub. Bildirilib ki, 2013-cü il ərzində Göygöl rayonunda geniş miqyaslı quruculuq abadlıq işləri həyata keçirilib. Göygöl şəhərinin 7 küçəsi abadlaşdırılaraq yollara asfalt örtük salınıb. 700 fərdi yaşayış evinin dam örtüyü dəyişdirilib. Mədəniyyət və istirahət parkının ərazisi 3 hektar genişləndirilərək Heydər Əliyev və Gənclər mərkəzləri, eləcə də uşaq əyləncə kompleksi və açıq kinoteatr inşa olunub.
Hesabat dövründə Olimpiya İdman Kompleksi, Dövlət Sosial Müdafiə Fonunun və Milli Təhlükəsizlik Nazirliyinin Göygöl rayon şöbələri üçün yeni inzibati binalar tikilib. Hündürlüyü 40 metr olan təpədə Dövlət Bayraq meydanı və muzeyi yaradılıb. Göygöl şəhərinin su və kanalizasiya sistemi yenidən qurulub. Yanvar ayının 21-də qərb bölgəsinə səfəri çərçivəsində Göygöl rayonunda olan Prezident İlham Əliyev bir sıra açılışlarda iştirak edib. 2013-cü ildə rayonda 502-si daimi olmaqla, 1328 yeni iş yeri açılıb. Kənd təsərrüfatı məhsulları istehsalının həcmi 5.3 faiz artıb.
İclasda müxtəlif sahələr üzrə buraxılan nöqsanlar təhlil olunub. Qarşıda duran vəzifələr müyənləşdirilib.
Müşavirədə çıxış edən idarə və müəssisə rəhbərləri də son bir il ərzində qazanılan naliyyətlərlə bağlı müşavirə iştirakçılarını məlumatlandırıblar. Ümumilikdə 2013-cü il də qeydə alınan nəticələr yüksək qiymətləndirlib və 2014 cü il üçün həyata keçirilməsi planlaşdırılan layihələrin tez və keyfiyyətli şəkildə başa çatdırılması diqqətə çatdırılıb.

İlham Məmmədzadə, Gəncə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB