"Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində arabir tutulacağı gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacaq, mülayim cənub küləyi əsəcək". Bunu SİA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova bildirib.
Onun sözlərinə görə, fevralın 13-də paytaxtda və yatımadada havanın temperaturu gecə 2-4 dərəcə isti, gündüz 5-10 dərəcə isti olacaq: "Cümə axşamı Azərbaycanın rayonlarında hava gün ərzində əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Lənkəran və Astara zonasında isə az yağıntılı olması gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5 isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB