Elşad İskəndərov vətəndaşları qəbul edəcək

Elşad İskəndərov vətəndaşları qəbul edəcək

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov fevralın 15-də Ağcabədi şəhərində vətəndaşları qəbul edəcək. Komitənin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, qəbulda Ağcabədi rayonu ilə yanaşı Tərtər, Bərdə, Ağdam, Beyləqan, Füzuli, İmişli, Xocavənd rayonlarının sakinləri də iştirak edə bilərlər.

Qəbula yazılmaq üçün Dövlət Komitəsinin Qarabağ bölgəsi üzrə şöbəsinə müraciət etmək lazımdır. Qəbul saat 14:00-dan başlayaraq Ağcabədi şəhərindəki Qarabağ Muğam Mərkəzində keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə