Gürcüstanda dini mərasimlər yüksək səviyyədə keçirilir

Gürcüstanda dini mərasimlər yüksək səviyyədə keçirilir

Gürcüstan Respublikasının Marneuli rayonunda İmam Hüseyn (Ə) adına məsciddə Məhərrəmlik ayı ilə yanaşı, bütün dini mərasimlər yüksək səviyyədə keçirilir. SİA-nın verdiyi xəbərə görə, Gürcüstanda keçirilən ən böyük dini mərasimlər Marneuli rayonunda İmam Hüseyn (Ə) adına məsciddə təşkil edilir. Bu barədə İmam Hüseyn (Ə) adına məscidin axundu Hacı Əziz Nəbiyev məlumat verib.

Marneuli rayonunda İmam Hüseyn (Ə) adına məscidlə yanaşı, İmam Əli (Ə) adına məsciddə, qızların və oğlanların dini təhsil almaları üçün məktəblər də fəaliyyət göstərir.

Qeyd edək ki, İmam Əli (Ə) adına məscid 50 ildən artıqdır ki, fəaliyyət göstərir. Hazırda İmam Əli (Ə) adına yeni, böyük məscid binasının tikintisi davam etdirilir. 50 il öncə köhnə məscidin tikintisində bütün rayon ağsaqqallarının və ziyalılarının iştirakı olub.

Kamran Əskiparalı, Gürcüstan

Bütün xəbərlər Facebook səhifəmizdə