Bakı polisi narkotik istifadəçilərini saxlayıb

Bakı polisi narkotik istifadəçilərini saxlayıb

Bakı polisi narkotik istifadəçilərini saxlayıb. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Binəqədi RPİ 4-cü PB-nin keçirdiyi əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakini Namiq Həsənovdan 0,76 qram marixuana aşkar olunaraq götürülüb, ona narkotik vasitəni satan Təbriz Xəlilov da tutulub.

Sabunçu RPİ Narkotiklərlə Mübarizə Bölməsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakini Nazim Mustafayevdən 450,8 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb

Bütün xəbərlər Facebook səhifəmizdə