12-13 fevral tarixində Gürcüstan prezidenti Georgi Marqvelaşvilinin Azərbaycana səfəri ilə əlaqədar Bakının bəzi küçə və prospektlərində hərəkət məhdudlaşdırılacaq. SİA-nın xəbərinə görə, Bakı – "Heydər Əliyev adına Hava limanı" yolunda, "Heydər Əliyev", "Azadlıq", "Neftçilər", "İnşaatçılar", "Parlament", "Hüseyn Cavid" və "Tbilisi" – prospektlərində, Azneft meydanında, "Yusif Səfərov", "Üzeyir Hacıbəyli", akademik "Zərifə Əliyeva", "Rəsul Rza", "Niyazi", "Teymur Elçin", "Y.Lermantov", "Vaqif", "A.Bakıxanov", "Koroğlu Rəhimov" küçələrində hərəkət məhdudlaşdırılacaq.
Sürücülərə alternativ yollardan və ya ictimai nəqliyyatdan istifadə etmək tövsiyə edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB