Son razılaşmalarınızı, qəbul etdiyiniz qərarları yaxşı-yaxşı incələyin ULDUZLARIN İŞGÜZAR MƏSLƏHƏTLƏRİ
QOÇLAR hadisələri təhlil etmək üçün müvəqqəti olaraq işdən aralanmalıdırlar. Sadə görünən məsələlərin arxasında mürəkkəb həqiqətlər gizlənə bilər. Vəziyyəti aydın görməsəniz, səhvə yol verərsiniz. Odur ki, son razılaşmalarınızı, qəbul etdiyiniz qərarları yaxşı-yaxşı incələyin.
BUĞALAR bizneslərinin üfüqlərini genişləndirməlidirlər. İşlərin əvvəlki kimi yerində sayması təhlükəlidir, çünki durğunluq bütün inkişaf variantlarının qarşısını alır. Külli miqdarda əlavə qazanc götürmək istəyirsinizsə, dünyaya və biznesinizə başqa gözlə baxmağı öyrənməlisiniz. Onda qarşınızda yeni və maraqlı üfüqlər açılacaqdır.
Merkuri planeti biznesi inkişaf etdirmək üçün ƏKİZLƏRƏ yeni ideyalar bəxş edəcək, Saturn planeti onları həyata keçirmək imkanı verəcək, Mars planeti fəaliyyət planı işləyib hazırlamaq üçün onların strateji düşünmə bacarıqlarını gücləndirəcək, Neptun isə tərəfdaşlarla münasibətləri düzəltmələrinə şərait yaradacaqdır.
XƏRÇƏNGLƏRİN sakit və səbirli olmalarına Uran planeti yardım edəcəkdir. Bu keyfiyyətlər psixoloji gərginliyə və yorğunluğa davam gətirməyə kömək edir. Amma vaxt tapıb dincəlməsəniz, hətta qüdrətli planet də sizə kömək etməkdə aciz qalacaqdır. Canınıza qəsd etməyin. Yaxşı olar, istirahət ilə işi uyğunlaşdırasınız.
ŞİRLƏR bu həftə rəhbərliyin təklif etdiyi bütün işlərə həvəslə başlayacaqlar. Siz rəhbərliyin qarşıya qoyduğu bütün vəzifələrin öhdəsindən gələcəksiniz. İşləmək əzminiz karyera yüksəlişinizə müsbət təsir göstərəcəkdir. İstirahət günləri yaxınlarınızın əhatəsində rahat şəkildə dincəlməyə çalışın.
QIZLAR maliyyə çətinlikləri hiss edəcəklər. Ruhdan düşməyin, çünki maliyyə sıxıntısı gətirən həftə sizə bir neçə yaxşı qazanc mənbəyi də bəxş edəcəkdir. Diqqətli olun, şansınızı əldən verməyin.
TƏRƏZİLƏR ailələrinə diqqət ayırmalıdırlar. Karyera gözləyər. Ailə üzvlərinizin yardımınıza ehtiyacı olsa da, sizə deməyə çəkinirlər. Onlarla açıq və səmimi söhbət edin, problemləri ilə maraqlanın. İnanın ki, bu yolla ilk növbədə özünüzə kömək edəcəksiniz. Sanki gözləriniz açılacaq və sizi çıxılmaz vəziyyətə salan işlər öz-özünə həll olunacaqdır.
ƏQRƏB bürcü altında doğulanlar üçün bu ilin ən uğurlu dövrlərindən biri başlayır. Bunun üçün ulduzların sizə maliyyə və xidməti sahələrdə vəd etdiyi üstünlüklərdən istifadə etməlisiniz. Uğur qazanmaq istəyirsinizsə, diqqətinizi kənar məsələlərə yayındırmamalısınız. Qızıldan qiymətli vaxtı itirmək uduzmaq deməkdir.
OXATANLAR öz güclərinə inanacaqlar. Özünəinam hissi çətinliklərə qalib gəlməyinizə və ən dolaşıq vəziyyətlərdə düzgün qərar qəbul etməyinizə kömək edəcəkdir. Bu bürc altında doğulanların uğur qazanmasının başlıca şərti soyuqqanlı hərəkət edib güclərini düzgün hesablamaları olacaqdır.
OĞLAQLAR üçün bu həftə hadisələrlə zəngin olacaqdır. Cəlbedici işgüzar təkliflər alacaqsınız. Lakin bu təklifləri qəbul etməmişdən əvvəl yaxşı-yaxşı düşünməlisiniz, çünki razılaşma əldə olunandan sonra geriyə yol olmayacaqdır. İstirahət günləri ailə üzvlərinizlə birlik dincəlməyə çalışın.
DOLÇALAR investisiya məsələlərində ehtiyatlı olmalıdırlar. Cəlbedici perspektivlər və yeni imkanlar ciddi risklərlə müşayiət oluna bilər. Aldanmayın. Vəsait yatırmaq məsələlərində ehtiyatlı olun, başqalarının sizə təzyiq göstərməsinə imkan verməyin.
BALIQLAR münasibətlərinə diqqət yetirməlidirlər. Sizi qıcıqlandıran adamlar gözəl işgüzar və insani keyfiyyətlər nümayiş etdirə bilərlər. Yəni subyektiv təəssüratınız aldadıcı ola bilər. İnsanlara əməllərinə görə qiymət verin. Yalnız bu halda əməkdaşlıq qarşılıqlı fayda gətirə bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB