Gəncədə həkimlərin konfransı keçirilib

Gəncədə həkimlərin konfransı keçirilib

Gəncədə Kliniki Kimyaterapevtlərin və Mikrobioloqların İttifaqı nümayəndələrinin iştirakı ilə konfrans keçirilib. SİA-nın bölgə xəbərinə görə, qərb bölgəsində fəaliyyət göstərən 150-yə yaxın həkimin qatıldığı toplantıda respirator infeksiyaların müalicəsinə yeni yanaşma üsulları, müasir antibakterial preparatların təhlükəsiz tətbiqi müzakirə olunub. Görüşdə çıxış edən Rusiyadan olan mütəxəssis Dovqan Valerivic zökəm xəstəliyi istisna olunmaqla respirator xəstəliklərinin müalicəsi üçün təkcə ABŞ-da bir il ərzində 40 milyon vəsaitin xərcləndiyinə diqqət çəkib. Bundan başqa konfransda Rusiya Tibbi Elmləri Akademiyasının professoru Viktor Kazançeva, Rusiya Revmotologiya İnstitutunun laboratoriya müdiri Borisa Belov respirator xəstəliklərin müasir müalicə üsulları, bu sahədə tətbiq olunan təsiredici preparatlar haqqında məlumat verib. Toplantının sonunda həkimləri maraqlandıran suallar xarici mütəxəssislər tərəfindən cavablandırılıb.

İlham Məmmədzadə, Gəncə

Bütün xəbərlər Facebook səhifəmizdə