Əliməmməd Nuriyev: "Korrupsiyaya qarşı aparılan siyasətə vətəndaş cəmiyyəti dəstək verir" MÜSAHİBƏ
QHT-lərin anti-korrupsiya şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyevin SƏS TV-yə müsahibəsi:
- Korrupsiyaya qarşı mübarizən gücləndirilməsi hansı nəticələri verir?
- Korrupsiyaya qarşı mübarizəyə Ümummilli Lider Heydər Əliyevin 1990-cı illərdə imzaladığı fərmanla start verilib. Daha sonra Azərbaycan 2004-cü ildə korrupsiyaya qarşı mübarizə üzrə "İstanbul Fəaliyyət Planı"na qoşuldu və bununla da korrupsiya ilə mübarizə sahəsində yeni qərarlar qəbul edildi. Burada ən mühüm qərarlardan biri də bu idi ki, korrupsiyaya qarşı mübarizə ilə bağlı 2004/2006-cı illəri əhatə edən fəaliyyət proqramı qəbul edildi. Proqram çərçivəsində bir çox tədbirlər, xüsusilə də korrupsiyaya qarşı mübarizənin bazasını müəyyən edən qanunvericilik və infissional təsisatların yaradılmasını nəzərdə tutuldu. Bu proqramın icrasının yekunlarında müəyyən olundu ki, nəzərdə tutulan bütün tədbirlərin həyata keçirilməsinə müvəffəq olundu. Korrupsiyaya qarşı mübarizə üzrə ixtisaslaşmış qruplar yaradıldı və bu sistemli xarakter aldı, məsələ ilə bağlı qanun qəbul edildi, çox saylı digər qanunlarda dəyişikliklər olundu, Baş Prokurorluq yanında Korrupsiya ilə Mübarizə İdarəsi yaradıldı. Beləliklə 2004/2006-ci illər ərzində korrupsiyaya qarşı mübarizəni həyata keçirməyə imkan verən qanunvericilik bazası yaradıldı. Daha sonra korrupsiya ilə mübarizə üzrə 2007/2012-ci illəri əhatə edən ikinci dövlət proqramı qəbul edildi. Şəffaflığın artırılması və korrupsiya ilə mübarizə üzrə milli strategiya və ona əlavə edilmiş fəaliyyət planı hazırlandı. Yenidən bir sıra qanunlarımızda dəyişikliklər edildi, yeni qanunlar qəbul olundu. "Birpəncərə" prinsipi təşkil edildi, sahibkarların qeydiyyata alınması ilə bağlı prosedur qaydaları xeyli asanlaşdırıldı. Korrupsiyaya qarşı mübarizə bir tərəfdən iqtisadiyyatın rəqabət qabiliyyətini artırır, digər tərəfdən dövlət idarəçiliyini xeyli dərəcədə çətinləşdirir. Korrupsiya elə bir bəladır ki, cəmiyyətin istənilən təbəqəsini dağıtmağa malikdir. Məhz bu baxımdan da korrupsiyaya qarşı mübarizə ilə bağlı effektiv, səmərəli, anti-korrupsiya infrastrukturunun yaradılması vacib idi. 2011-ci ildə Prezident İlham Əliyevin Nazirlər Kabinetinin fəaliyyətinə həsr edilmiş toplantıda səsləndirdiyi fikirlər korrupsiyaya qarşı mübarizə prosesin daha bir ahəng verməyə başladı. Bu məsələ üzrə yeni mühüm addımlar atılmağa başladı. 2012/2013-cü illərdə isə elektron hökumətin yaradılması, "ASAN xidmət"in təşkili korrupsiya qarşı mübarizədə ən mühüm keyfiyyət dəyişikliklərinə səbəb oldu.
- QHT-lər korrupsiyaya qarşı mübarizə ilə bağlı hazırladıqları layihələri dövlət maliyyələşdirir. Xüsusi ilə bu sahədə formalaşmış QHT-lər varmı?
- 2006-cı ildə QHT-lərin anti-korrupsiya şəbəkəsi yaradıldı. Burada daha çox anti-korrupsiya sahəsində ixtisaslaşmış QHT-lər fəaliyyət göstərməyə başladı. əvvəllər bu şəbəkə 13 QTH-ni əhatə edirdisə, hazır da bura 28 təşkilat daxildir. Bu təşkilatlar korrupsiya ilə bağlı maarifçilik istiqamətində, tədqiqat xarakterli layihələr həyata keçirilir. Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası bu layihələrin reallaşmasını maliyyələşdirir. Düşünürəm ki dövlət orqanlarının özü bu prosesdə daha maraqlıdır. Çünki hər şeydən öncə korrupsiyaya qarşı mübarizə sistemli xarakterdə olmasının bir istiqaməti də ondan ibarətdir ki, aparılan siyasətə vətəndaş cəmiyyəti dəstək verir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB